ABŞ və Böyük Britaniyadan olan mütəxəssislər COVİD-19-un insan orqanizmində törətdiyi fəsadları müəyyənləşdiriblər.
Missiya.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə, koronavirusa yoluxanlar, depresiya, narahatlıq, dəqiq düşünə bilməmək kimi problemlərlə üzləşirlər. Bundan başqa, virus, böyrəklərin zədələnməsi, ürək əzələlərinin sıxılması, qıcolma və insult kimi nəticələrə səbəb ola bilir.
Alimlər onu da müəyyən ediblər ki, koronavirus insan orqanizmində həmişəlik qala bilər.
Tarix: 7-01-2021, 11:18