Teleaparıcı və həkim Yevgeni Komarovski koronavirusun başlıca simptomunu göstərib. RİA «Novosti» həkimə istinadla bildirir ki, infeksiya barədə ilk növbədə dad və qoxu hissinin itirilməsi xəbər verir.Onun sözlərinə görə, bu hisslərin iştirakı testi istənilən termometriyadan dəqiqdir.
O, dəqiqləşdirib ki, dad və qoxu hisslərinin itirilməsi adi qripdə də ola bilər, ancaq bu halda vəziyyət güclü burun tutulması («nasmork») ilə müşayiət olunur, koronavrusda isə «nasmork» ümumiyyətlə, olmaya bilər. Komarovski qeyd edib ki, bu, ona görə baş verir ki, COVİD-19 infeksiyası dad və qoxu hisslərini qəbul edən beyin hüceyrələrini sarır.
Bununla bərabər, həkim qeyd edib ki, sözügedən dəyişikliklər dönən xarakter daşıyır.
Tarix: 3-01-2021, 08:34