Daha bir ölkə “Oxford/AstraZeneca” peyvəndini təsdiqləyəcək


Daha bir ölkə “Oxford/AstraZeneca” peyvəndini təsdiqləyəcək


Hindistanda dərman vasitələrinin paylanmasına nəzarət edən tənzimləyici orqan Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən hazırlanmış koronavirus vaksinin istifadəsini təsdiqləyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qeyd olunub ki,  “AstraZeneca” və yerli “Bharat Biotech” şirkətləri tərəfindən hazırlanan vaksinlər bu həftənin cümə günü təsdiq alacaq.
Bu gün ikinci dəfə bir araya gələcək Hindistanın dərman standartlarına nəzarət orqanı mütəxəssislərinin yerli “Bharat Biotech” vaksinini təsdiqləyəcəklərini bildirilib. 
Qeyd edək ki, “AstraZeneca” tərəfindən hazırlanan vaksin daha əvvəl Böyük Britaniyada və Argentinada təcili istifadə üçün təsdiqlənmişdi.
Tarix: 1-01-2021, 21:01
Xəbəri paylaş



Xəbər lenti