“Koronavirusun yeni variantları mövcud peyvəndləri yarasız hala salmayacaq, sadəcə onun effektivliyini bir qədər azalda bilər”.APA xəbər verir ki, bunu Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova RİA Novosti-yə açıqlamasında bildirib.
"Virusun yeni variantları peyvəndin effektivliyinə təsir edib-etməməsini "Bəli" - "Xeyr", deyə qiymətləndirmək düzgün olmaz: “Deyək ki, əhali orta hesabla 99% deyil, 91% qorunacaq. Bu da ki, nəticə etibarı ilə pis deyil”.
O, təəssüf hissi ilə bildirib ki, peyvəndləmə prosesi davamlı olaraq həyata keçiriləcək, hazırda görünən budur.
Tarix: 28-12-2020, 09:45