“COVİD-19” infeksiyasının ilk dəfə Böyük Britaniyada rast gəlinən yeni mutasiyaya uğramış növü ilə bağlı bəzi məqamlar ortaya çıxıb.Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusun öldürücülüyü və yayılma sürəti barədə məlumatları türk professor Rəcəb Öztürk jurnalistlərlə bölüşüb.
Rəcəb Öztürk bildirib ki, əhalidə virusla bağlı yaranan narahatçılığa ehtiyyac yoxdur: “Mutasiyaya uğramış yeni növ koronavirus ilk dəfə sentyabr ayında aşkarlansa da, noyabr ayı üzrə göstərici sürətlə artmağa başlayıb. Test verən insanların bir çoxunda koronavirusun mutasiyaya uğramış yeni növünə rast gəlinib. Bu göstərici dekabr ayında digər aylara nisbətən daha yüksək olub”.
Professor koronavirsun mutasiyaya uğramasının təbii proses olduğunu deyib: “Virus bu günə qədər 4 min dəfə mutasiyaya uğrayıb. Bu prosesi dayandırmaq olmaz. Digər mutasiyalarda yoluxma və yayılma dərəcəsini artdığı barədə heç bir məlumat olmayıb. Amma bu mutasiya növünün yayılması zamanı həyəcanlı xəbərlər eşitdik”.

Öztürk qeyd edib ki, mutasiyaların müsbət və mənfi təsirləri ola bilər: “İngiltərədəki ilkin araşdırmalarda bu virusun mənfi təsirlərinin müsbət təsirlərindən çox olduğu ortaya çıxıb. Bütün dünyada virus bitənə qədər qorunma tədbirlərinə ciddi şəkildə əməl etməliyik”.
Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərədə koronavirusun yeni mutasiyaya uğramış növünün meydana gəldiyi barədə xəbərlər yayılmışdı. Mutasiyaya uğramış virus digərinə nisbətən 70% daha yoluxucu olsa da, öldürmə qabiliyyəti aşağıdır. Koronavirusun yeni növünün yayılma xəbəri insanlara qorxu və təşvişə səbəb olub.
Tarix: 22-12-2020, 15:22