Həkim: “İnsanları sixoloji gərginlik, “dəli vəziyyətinə gətirilmək” məhv edəcək”


B.1.1.7 SARS-CoV-2 virusu haqqında
 
Dünya çapında tarazlığı əksqütblü sistemlərin- sosializm və kapitalizmin olması təmin edirdi. Artıq birinci yoxdur. Kapitalizm cəmiyyətini idarə edən məhdud “Ali İrqin” yaza bilmədiyim arzu, istək və məramlarını dərindən düşünün və az da olsa rahatlıq tapın. İndi isə güya COVİD19-un yeni “zombi” adlandırılan mutant variantına münasibətim haqqında:
 
Mən artıq qəti qərara gəlmişəm ki, insanlığı nə Covid, nə virus mutasiyaları, nə də digər xəstəliklər deyil, onların düşünülərək salındığı {yuxarıda xatırlatdığım} ruhi sarsıntı, psixoloji gərginlik, “dəli vəziyyətinə gətirilmək” məhv edəcək. Axı mən Covidin mutasiya variantları haqqında dəfələrlə yazmışam. Bir də diqqətinizə çatdırıram: Düzdür COVİD-19, 30 minə yaxın ardıcıl sıralanan  nukleotiddən təşkil olunmuş ən uzun RNT zəncirinə malik olan virusdur.  Odur ki, reproduksiya halında bunun çox “tip muxtəlifliyi” meydana çıxa bilər. Bunlara məlum səbəbdən və rahat olsun deyə mutasiyalar (mutantlar) deyilir. Məsələn, spontan mutasiya, bələdləşmə mutasiyası, uyğunlaşma mutasiyası, virus RNT-nin letal mutasiyası və s. Əslində virusun letallıq əmsalı xələfində böyük olan serotipinin əmələ gəlməsi- buna virusun “özünüqoruma yaşam induksiyası” deyilir. Yalnız bu hal, həqiqətdə mutasiya adlandırılmalıdır. Axı bu latın termininin- mutasiya sözünün, mənası “Genomun mütəq dəyişikliyi”, yəni hüceyrə və ya orqanizmin öz xələfindən müəyyən, bazal gen ardıcıllığının alması deməkdir. Ən aqressiv virusun bu şəkildə dəyişilməsi yəni əsil mutasiyası üçün 8-10 və daha artıq müddət lazımdır. Odur ki, COVİD19-un insanlarda vahimə və qorxu yaratmaq  məqsədilə (ya bilərəkdən, ya da bilməyərəkdən, fərq eləməz) söylənilən B1.1.7 SARS-CoV-2; nə bilim,  Zombi, Qatil və s. kimi növ müxtəlifliyi yalnız yuxarıda söylədiyim dəyişiklik formalarından biridir. Yəni mutasiya deyildir. İnsan orqanizmi və elmin əlifbasını bilməyən bir əcnəbi aliminin nəinsə xatirinə yazdığı bu cəfəng fikirləri ümumiyyətlə oxumayın. Bilirsiz Bizim millətinm gen spesifikliyi var. Biz heç bir vaxt özümüzünkünün dediyi ən ağıllı sözə inanmır, dini, əqidəsi, mənşəyi və məramının nə olduğunun fərqinə varmadan hansısa bir əcnəbi (o mütəxəssis olmasa belə) söylədiklərini əlimizdə bayraq edirik. İstəyirəm ki, biləsiz postnatal inkişaf dövründə (anadan olandan, bu dünyadan gedənə qədər) insan 200-220 dəfə (ildə 2-3-4 dəfə) oxşar simptomlara malik mikrob, göbələk, virus infeksiyasına tutula və buna görə də boğazı, başı, əzələləri ağrıya, temperaturu ola bilər. Bu insanın koronavirusa yoluxması deyil, koronavirus yalnız bu infeksiyalardan biridir. Odur ki, gərginlik və stressdən  uzaq olun, hər deyilən və yazılanlara inanmayın. İnsanın ömrü koronavirussuz belə, onsuz da çox  uzun deyildir, ən yaxşı halda inkişafın cəmi 4 misli. Odur ki, böyük Allahın Sizə bəxş etdiyi bu ömür payını mənalı yaşayın. COVİD19-u düşünüb bəd xəyallara qapılmamaq şərtilə...
 
Musa Qəniyev
 
Həkim
Tarix: 21-12-2020, 20:31
Xəbəri paylaş



Xəbər lenti