Tanınmış həkim-fitoterapevt Fizuli Hüseynov bir çox xəstəliklərin müalicəsi üçün istifadə oluna biləcək məcunun reseptini paylaşıb.Cebhe.info xəbər verir ki, fitoterapevt "Facebook" hesabında etdiyi paylaşımda qeyd edib ki, sözügedən məcun həm çox dadlı, həm də faydalıdır:
"Məcunun o qədər zəngin bir tərkibi vardır ki, saymaqla tükənməz. Məcun imunniteti əhəmiyyətli dərəcədə artırır, artıq istifadədən 3 gün sonra təsirini hiss etməyə başlayacaqsınız.Gözlərin görməsini yaxşılaşdırır, ürəyin ritmini və vurma gücünü qüvvətləndirir, qan azlığı, başgicəllənmə üçün faydalıdır, adamı tox tutur, kalsium çatışmazlığı üçün faydalıdır, tərkibində sellüloza çox olduğundan bağırsaqların düzənli işləməsini təmin edir. Məcun başdan-başa antioksidantdır, xərçəngin profilaktikası üçün faydalıdır.Lazım olanlar:Xurma - 300 qram
Əncir – 300 qram
Qara kişmiş – 300 qram
Qoz – 300 qram
Nar şirəsi – 1 stəkan
Bal – 1 stəkan".O, istifadə ediləcək meyvələrin quru olmasının vacibliyini diqqətə çatdırıb:
"Meyvələr və qoz kombaynda üyüdülür, bal ilə nar şirəsi bir-birinə qarışdırılır, sonra hamısı bir-birinə yaxşı-yaxşı qarışdırılır, şüşə balona tökülür, ağzı kip bağlanılır. Məcundan böyüklər gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, uşaqlar isə bir çay qaşığı yeyə bilərlər. Məcun soyuq yerdə saxlanılmalıdır, 20 gün müddətində yeyilib qurtarmalıdır. Dadı xoşagələndir".
Tarix: 20-12-2020, 16:47