Amerikan alimlərinin araşdırmasına görə, siqaret çəkən insanlarda virusa qarşı antitellər lazımi miqdarda formalaşa bilmir.Buna görə də siqaret vaksinin təsirini azaldır.
Həmçinin COVID-19-a qarşı vaksinasiya dövründə siqareti tərgitmək tövsiyə olunur.
Lakin virus hələ yeni yayılmağa başladığı zamanlarda bildirilirdi ki, siqaret virusun təsirini azaldır.
Maraqlıdır ki, bu nəticələrdən hansı daha doğrudur?Bu barədə
Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, siqaretin virusun təsirini azaltması barədə deyilən fikirlər reallığı əsk etdirmirdi:
"Bu kimlərinsə müşahidələrindən gəlinən nəticə idi. Amma amerikan həkimlərin gəldiyi nəticə konkret olaraq viruslu xəstələr üzərində aparılan sınaqlardan irəli gəlib. Siqaret yalnız sarkoidoz xəstəliyinin qarşısını alır. Qalan bütün xəstəliklərdə siqaret əlavə yükdür, ziyandır. Bu səbəbdən də siqaretin vaksinə mənfi təsiri ola bilər. Çünki siqaret ağciyərlərin tərkibində elə bir ciddi dəyişiklik yaradır ki, vaksin orada immun sistemi yarada bilmir. Yarada bilmədiyinə görə xəstəliyin törəmə qabiliyyəti artır".
Tarix: 9-12-2020, 21:35