Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronovirus testindən keçiriliblər. Gününsesi.info onlardan Vüqar Bayramov və Soltan Məmmədovun testlərini pozitiv çıxdığı və millət vəkillərinin “Covid-19”-a yoluxduğu haqda xəbər yayıb.Xatırladaq ki, bir neçə gün əvvəl deputatlardan Tahir Kərimli və Azər Badamov da virusa yoluxmuşdu.
Dünənki rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq məkanlarda da maskasız gəzmək qadağan olunub.
Tarix: 21-11-2020, 14:52