Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Tarix: 21-10-2020, 15:23
Xəbəri paylaş



Xəbər lenti