Tofiq Yaqublu "City Hospital"a köçürülüb



Tofiq Yaqublu "City Hospital"a köçürülüb, reanimasiyada yerləşdirilib. Həkimlərin, xüsusilə də professor Adil Qeybullanın nəzarəti altındadır.

Dominant.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

"İndi Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilir. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur", - deyə N.Həzi bildirib.
Tarix: 12-09-2020, 20:36
Xəbəri paylaş



Xəbər lenti