
“Sizə dürüst olacam. Gələcəkdə əvvəlki normal həyata qayıdış əsla olmayacaq”. Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Qebreyesus deyib.
Dünyanın balansını alt-üst edən koronavirus pandemiyası haqqında qorxunc proqnozları dilə gətirən baş katib bildirib ki, əvvəlki normal həyat bir daha mümkün olmayacaq. ÜST-dən verilən başqa bir açıqlamada isə COVID-19 xəstəliyinə qalib gəlmiş insanların ikinci dəfə infeksiyaya yoluxub-yoluxmamasının tam cavabının olmadığı bildirilib.
Tarix: 27-07-2020, 11:40