Qorxudan koronavirus açıqlaması: Yoluxma açıqlanandan 13 qat çox ola bilər...






ABŞ-ın bəzi bölgələrində koronavirusa yoluxma hallarının açıqlanan rəsmi rəqəmlərdən 2 ilə 13 qat artıq ola biləcəyi bildirilib.

Moderator.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən aparılan araşdırmada ölkənin bəzi əyalətlərindəki yoluxma sayının mövcud rəsmi qeydlərdən çox olduğu qənaətinə gəlinib.

Sözügedən araşdırmada virusa yoluxan bir çox şəxsdə heç bir xəstəlik əlaməti ortaya çıxmadığı və ya həkimə müraciət etmədikləri üçün yoluxma hallarının bilinəndən çox olduğu bildirilib.

10 əyalət və 10 şəhərdəki klinika və xəstəxana testlərini gözdən keçirən araşdırmaçılar bundan başqa virusun ölkə əhalisinin çox az bir qisminə təmas etdiyini açıqlayıb.
Tarix: 22-07-2020, 20:31
Xəbəri paylaş



Xəbər lenti