"Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır" - deputat

"Pandemiya ilə mübarizə hər ölkədə müxtəlif üsullarla aparılır. Hər bir dövlət mübarizə üsulunu xalqının psixologiyasına, etnik xüsusiyyətlərinə görə uyğunlaşdırdı. Son 3-4 aya nəzər salsaq, görərik ki, əslində dünyada hazırda eyni proseslər gedir".
"Report"un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, hər bir dövlət vətəndaşından mənəvi dəstək, həmrəylik gözləyir. Bu mənada ziyalılara, tanınmış simalara böyük iş düşür: "Dövlətin bu vəziyyətindən istifadə edib, xalqda çaşqınlıq yaratmaq əvəzinə xalqı həmrəyliyə dəvət etmək lazımdır. Həmfikir olmayan insanlar belə siyasi fəlsəfi görüş və düşüncələr arasındakı ziddiyətləri kənara qoyub, bütün gücünü, bacarığını bu mübarizəyə həsr etməlidir. Çünki səbəb çox sadədir: bir xalqın etnosunun, milli varlığının yox olma təhlükəsi var. Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır. İndi bir olub, fikir mübadiləsi aparmaq, təkliflər irəli sürmək vacibdir. Yetərincə xəstəxana aparatura, çarpayı olması dövlətin öhdəsinə düşür. Bütün bu vacib amillər təmin edilsə belə, həkim çatışmazlığı, kadr əskikliyi xəstəliklə mübarizəni çətinləşdirə bilər. Nəzərə alaq ki, biz bu mübarizədə çox savadlı həkimlərimizi itirdik".
M.Cəfərov İtaliyadan misal çəkməyi də vacib sayıb: "Səhiyyə sisteminda dünya "10-luğ"unda 4-cü yerdə dayanan italya xalqının mübarizə yolunu xatırlayaq. Hökümət qadağa, qapanma, özünütəcrid qoyur, xalq isə tabe olmaqdan imtina edib, küçələrə axışırdı. Hətta yürüşlər keçirilirdi. Hökümət sərt qadağalara görə demokratlar tərəfindən tənqid edilir, dəstəklənmirdi. Bunun acı nəticələrini İtalya xalqı yaşadı".
Deputat vurğulayıb ki, hazırda ölüm sayına görə dünyada birinci yerdə gedən ABŞ da eyni proseslerdən keçib: "ABŞ-ın Roll Call informasiya saytının məlumatına görə, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Enton Fauci xalqın koronovirusa münasibətini qarışıq çanta adlandırıb. Həmin agentliyin verdiyi informasiyaya baxsaq, görərik ki, ABŞ prezidenti demokratların tənqidinə məruz qalır, pandemiya ilə bağlı saxta məlumatlar verməkdə ittiham olunurdu. Fauci paneldəki çıxışında da daha çətin günlərin qabaqda olduğunu və daha çox test həyata keçirməli olduqlarını söyləyir. O bildirir ki, dünyadakı xalqlar virusa tutulmamaq, təcrid olunmaq və xəstəliyin təsirini azaltmaq üçün daha çox çalışmalıdırlar. Faucinin fikrincə, vaksinin tapılması, onun tətbiqi kimi bütün proseslər vaxt aparacaq. O, bu müddətdə izolosiyanın vacibliyini qeyd edir".
M.Cəfərov dünyanın digər aparıcı dövlətlərindəki vəziyyətə də diqqət çəkib: "İngiltərə ölüm faktının çoxluğuna görə hazırda dünyada 3-cü yerdə durur. İngilislər postpandemiya dövründə iqtisadi tərəflərini düşünməyə və iqtisadiyyata dəyən zərəri qabarıq şəkildə təhlil etməyə başlayıblar. Həmçinin İspaniya da infeksiyanın şoku ilə maliyyə çöküşü yaşadıqlarını bəyan edib. Ümumiyyətlə, dünya ölkələrinin borc yükü artmaqda iqtisadiyyat isə çökməkdədir. Bu proseslərin təməlində vətəndaş-iqtidar birliyinin olmaması kimi qiymətləndirilir. "Worldometer"in məlumatına görə, pandemiyadan ən çox zərər çəkən ABŞ-da itki sayı 124 282 nəfərə çatıb. Dünya üzrə yoluxma isə artıq 9 milyon 555 min 762 nəfərdir".
Sonda deputat epidemioloqları narahat edən məsələyə toxunub: "Hələ də vaksinin tapılmaması və vaksin əldə olunsa belə, effektivliliyi düşündürücüdür. Belə bir vəziyyətdə hələ də inam yoxdursa, bu, hökümətin deyil, artıq vətəndaşların informasiya axınında düzgün mövqe tuta bilməməsindəndir. İnformasiyanın sərbəstliyi və güclü axını belə kritik vəziyyətdə təhlükəli hala çevrildi. İnformasiya bolluğu və müxtəlifliyin çaşqınlığa səbəb olduğu açıq-aşkar görünür".
Tarix: 25-06-2020, 14:25
-
Bu gün, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Bu gün, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Bu gün, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Bu gün, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Bu gün, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Bu gün, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Bu gün, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Bu gün, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Bu gün, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Bu gün, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Bu gün, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO