“Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır” - Şöbə müdiri


“Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır” -   Şöbə müdiri
TƏBİB rəsmisi koronavirus xəstələrinin vəziyyəti ilə bağlı danışıb 
 
“Bugünkü xəstələrimiz mart və aprel aylarındakı xəstələrimizdən çox fərqlənir. Bugünkü xəstələrimiz çox ağırdır. Çünki virus mutasiyaya uğrayıb”.
 
AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
 
“Biz orta və cavan yaşda xəstələrimizdə çox ciddi xəstəliklər görürük”, - o bildirib.
Tarix: 20-06-2020, 13:47
Xəbəri paylaş



Xəbər lenti