Gevork Arakelyandan SENSASİON AÇIQLAMA: ”Ağdərəni tezliklə Azərbaycana verəcəklər”



Qarabağda ermənilər arasında ziddiyətlər böyüyür. Son günlər ərzində sosial problemlər üzündən ciddi qarşıdurmalar baş verir. Bu qarşıdurmaları erməni mətbuatı da inkar etmir. Həmçinin erməni teleqram kanalları Qarabağda Azərbaycan sevdalılarının sayı durmadan artır. Erməni teleqram kanalı bunu Azərbaycanın Qarabağda apardığı geniş miqyaslı tikinti işi ilə əlaqələndirirlər.

Alp.az xəbər verir ki, bu dəfə Ağdərə qəsəbəsində yaşayan iş adamı Gevork Arakelyan şok açıqlama  verib. İş adamı Qarabağdakı son vəziyyəti izah etməyə çalışıb:

“İndi dəhşətli mənzərə var. Vaxtilə biz Ağdərəyə investisiya yatırmışdıq. Araik Arutunyan və komandası bizi tamamilə məhv etdi. Müharibədən sonra biz öz işimizi inkişaf etdirmək istəyirdik. Amma Araik Arutunyan və komandası bizə işləməyə imkan vermir. İstirahət mərkəzləri, restoranlarımız məhv olub. Onlar Ağdərəni tezliklə Azərbaycana verəcəklər.Araik Arutunyan rus agenti olaraq rusların sifarişini yerinə yetirir. Əvəzində ona Rusiyada otel veriblər. Mən artıq bir aydır öz biznesimdən imtina edərək Qarabağdan çıxmışam. Hamı indi oradan qaçmaq üçün çalışır.  “



Tarix: 8-11-2021, 08:42
Xəbəri paylaş



Xəbər lenti