Hadrutun önəmi: bu qəsəbədə nələr edə bilərik?

Bu gün Hadrutun (Ağoğlanın) erməni işğalından azad edilməsindən bir il ötür.

Axar.az xəbər verir ki, ReAL üzvü, tanınmış ekspert Natiq Cəfərli Hadrut əməliyyatının önəmini belə ümumiləşdirib:
“- Hadrutun işğaldan azad edilməsi qondarma qurumun geydirmə “sərhədlərini” dağıtdı, Ermənistanın dilinə gətirdiyi və sırımağa çalışdığı “status arqumentini” çökdürdü;
- Son 30 ildə ilk dəfə idi ki, Azərbaycan Ordusu qondarma qurumun “ərazisi” kimi elan etdiyi torpaqlarımıza daxil oldu;
- Hadrutun işğaldan azad edilməsi və hərbi qələbə Ermənistan ordusunun dirəncini qırdı, “soyuq duş” effekti yaratdı, 44 günlük hərbi qələbəmizin əsas hadisələrindən birinə çevrildi;
- Hadrutun strateji coğrafi mövqeyini nəzərə alaraq işğaldan azad edilməsi digər əməliyyatların uğuru üçün qapı açdı;
- Hadrut əməliyyatı unikal hərbi əməliyyat idi, igid Azərbaycan əsgərinin hərbi hazırlığının yüksək səviyyədə olduğu göstərdi;
- Hadrut əməliyyatı Şuşanın işğaldan azad ediləcəyinin ilk və ən böyük xəbərçisi idi”.
Ekspert bildirib ki, indi bu qəsəbəmizin kiçik, amma gözəl bir şəhərə çevirmək lazımdır:
“Hadrutda ölkənin ən böyük və nüfuzlu universiteti açılmalı, oranın tələbə şəhərciyinə çevrilməsi üçün addımlar atılmalıdır. Hadrutu 120-150 minlik şəhərə çevirmək mümkündür, bunun üçün ərazi, resurslar və münbit şərait var. Hadrut kimi stateji məkanda 120-150 minlik şəhərin olması Qarabağın dağlıq hissəsində məskunlaşmanın təməlini təşkil edəcək, iqtisadi imkanlar yaradacaq, şəhərin özü-özünü dolandırmasına səbəb olması ilə yanaşı, ətraf yaşayış məntəqələri üçün də cəlbedici mərkəzə çevriləcək”.
Qeyd edək ki, qələbədən dərhal sonra Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Hadrutun Heydər şəhəri adlandırılmasını, bu qəsəbənin ən qısa müddətdə 150-200 minlik şəhərə çevrilməsini, burada Türk PA, TDƏŞ kimi təşkilatların ofislərinin açılması və beynəlxalq konfransların keçirilməsini təklif etmiş, qısa müddətdə keçmiş Dağlıq Qarabağ sərhədləri daxilində Heydər şəhərini ən böyük və gözəl məkana çevirməklə, Xankəndinin təfəkkürlərdə formalaşan “siyasi mərkəz” statusunu əlindən almağa çağırmışdı.
Tarix: 9-10-2021, 15:38
Xəbəri paylaş



Xəbər lenti