Ermənistan status məsələsini aktivləşdirir: Azərbaycan nə etməli?- AÇIQLAMA




“Ermənistan tərəfinin əsas istəyi ondan ibarətdir ki, bir müqavilədə bütün məsələlərin əks olunmasını yubatsın, buna müqavimət göstərsin”.

Bu fikirləri Bakupost.az –a "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli deyib.


O bildirib ki, Ermənistan tərəfi son zamanlar üç istiqamət üzrə ayrı - ayrılıqda və bir-biri ilə əlaqəsi olmayan danışıqların olmasına çalışır:

“Birinci istiqamət sərhədlərin dəqiqləşdirilməsi, ikinci istiqamət kommunikasiyanın açılması, üçüncü istiqamət isə Xankəndində yerləşən qondarma qurumun statusu ilə bağlı məsələni ayrıca gündəmə gətirmək istəyir:

“Azərbaycan tərəfinin isə təklifi böyük sülh sazişinin bağlanması və bütün məsələləri bir saziş çərçivəsində həll edilməsidir. Mənə elə gəlir ki, biz bu mövqeyimizdən kənara çıxmamalıyıq. Həm beynəlxalq ictimayiətə, həm də 10 noyabr sazişinin tərəfi olan Rusiyaya bu məsələ ilə bağlı öz dəyişməz mövqeyimizi bildirməliyik. Biz böyük sülh sazişinin bağlanılmasını və bütün məsələlərin bir paket halında həll olunmasının tərəfdarıyıq. Ermənistan tərəfi bundan qaçacaqsa, deməli, sülhdən qaçan tərəf kimi tarixə düşəcək. Ona görə də Azərbaycan da bu mövqeyini israrla bütün dünyaya bəyan etməlidir”.

Məlumat üçün bildirək ki, Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzoyan “Qarabağın statusu” ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacağını bildirib.

Erməni diplomat qeyd edib ki, bu mərhələdə sülh müqaviləsi üzərində heç bir danışıqlar aparılmır:

"Əgər belə şeylər nə vaxtsa başlasa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında Dağlıq Qarabağın statusu məsələsi bu cür danışıqların bir hissəsi olmalıdır ".
Tarix: 31-08-2021, 22:34
Xəbəri paylaş



Xəbər lenti