GÖZLƏNİLƏN BAŞ VERDİ: Xankəndi erməniləri Şuşaya gəldilər və... - GÖRÜN NƏ DEDİLƏR

GÖZLƏNİLƏN BAŞ VERDİ: Xankəndi erməniləri Şuşaya gəldilər və... - GÖRÜN NƏ DEDİLƏR

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.

Ermənilər Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər.
"Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin", - deyə ermənilər Azərbaycan hərbiçilərindən xahiş ediblər.

Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər.

Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar. \\Demokrat.az
Tarix: 21-08-2021, 08:23
Xəbəri paylaş



Xəbər lenti