Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəhs edilən insident haqqında məlumat yaymayıb... Avqustun 16-da Azərbaycan Respublikası Şuşa rayonu ərazisində atışma baş verib.
Moderator.az xəbər verir ki, bu haqda dünən –avqustun 17-də Bakı vaxtilə saat 19:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
“Atəşkəs rejiminə bütövlükdə bütün təmas xətti boyunca əməl olunur. Bununla belə, 2021-ci il avqustun 16-da, saat 21.00-dan 21.15-dək(Moskva vaxtı ilə -S.L.) Şuşa rayonu ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin postları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında atıcı silahlardan istifadə olunmaqla atışma baş verib. 21.15-də Rusiya sülhməramlı kontingentinin müdaxiləsi ilə insident nizamlanıb. Xəsarət alan yoxdur”- Rusiya MN-in yaydığı məlumatda belə deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəhs edilən insident haqqında məlumat yaymayıb.
Sultan Laçın
Tarix: 18-08-2021, 08:47