Bakı İrəvana öz təklifini xatırladıb - Seçkilərdən sonra...



Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və Bakı İrəvana bu istiqamətdə təklif edib.
Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov iyunun 21-də bəyan edib.
«Bu məsələ üzrə bizim mövqeyimiz məlumdur - o, dəyişməz qalır. Mövqe dəfələrlə Azərbaycanın dövlət başçısı tərəfindən səsləndirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, ərazi bütövlüyünə hörmətə, suverenliyə və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin toxunulmazlığına əsaslanaraq, Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və bu istiqamətdə təklif edilib» - Bayramov bazar ertəsi qazaxıstanlı həmkarı Muxtar Tleuberdı ilə danışıqladan sonra keçirdiyi brifinqdə bildirib.
Azərbayan diplomatiyasının başçısının sözlərinə görə, Bakı hesab edir ki, bölgədə əməkdaşlığın alternativi yoxdur. O, həmin bəyanatı Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərindən bir gün sonra səsləndirib. Məlum olduğu kimi, seçkilərdə Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Panişyanın bloku qələbə çalıb.
Tarix: 21-06-2021, 22:59
Xəbəri paylaş



Xəbər lenti