"Bəli, 44 günlük müharibə zamanı Xəzər istiqamətindən müəyyən təhlükələr və maneçilik cəhdləri olub, amma bu həlledici xarakter daşımayıb".Bunu "AzPolitika.info"-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyanın açıqlamasını şərh edərkən bidlrirb.
Xatırladaq ki, Baqratyan bidlririb ki, Qarabağdakı 44 günlük savaşda Rusiya erməni silahlı birləşmələrinə özünün Xəzər dənizində yerləşən Hava Hücumundan Müdafiə(HHM) sistemləri vasitəsilə kömək edib və Qarabağda hava məkanını bağlayıb.
Qeyd edək ki, bundan əvvəl də bəzi ekspertlər Rusiyanın Xəzərdəki HHM-lərdən Azərbaycan qarşı təhdid kimi istifadə etməyə cəhd göstərdiyini bildiriblər.
Ə.Verdiyev isə Baqratyanın iddialarının tam həqiqət olmadığını bildirib: "Məlumdur ki, 44 günlük savaşda Azərbaycan düşmən hədəflərinin 90 faizindən çoxunu havadan vuraraq məhv edib. SU-25 qırıcıları, PUA-lar fasiləsiz olaraq işlədi. Əgər Qarabağın hava sahəsi bağlı olsaydı, hərbi aviasiya orada necə işləyə bilərdi?"
Ekspert onu da qeyd etdi ki, Azərbaycan Xəzər üzərindən ehtimal edilən müəyyən təhdidlərə görə, hərbi aviasiyasının bir hissəsini Qarabağa göndərməyib."Müasir HHM və avia hücum vasitələri Xəzərdəki infrastrukturun qorunmasına səfərbər edilib. Bu rəsmi informasiya deyil, mənim öz qənaətimdir", -deyə Ə. Verdiyev vurğulayıb.
Tarix: 19-06-2021, 08:19