"Şuşa Bəyannaməsi ilə bağlı məsələdə ən mənfur mövqeyi tutan məhz İrandır. Sözsüz ki, Rusiya da Türkiyənin regionda möhkəmlənməsini məmnuniyyətlə qarşılamır". Bunu
Pravda.az-a açıqlamasında politoloq
Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Azərbaycan Şuşa Bəyannaməsini qəbul edərkən sənədin digər dövlətlər tərəfindən xainliklə qarşılanacağını təxmin edib: "Bəyannamə qəbul edildikdən sonra, İran Azərbaycanla sərhəddə Xomeyninin böyük bir portretini üzü bizə tərəf qoyub. İranın Azərbaycan xalqının uğurlarına münasibətinin ən yaxşı ifadəsi də budur. Hesab edirəm ki, Şuşa Bəyannaməsi ilə bağlı məsələdə ən mənfur mövqeyi tutan məhz İrandır. Sözsüz ki, Rusiya da Türkiyənin regionda möhkəmlənməsini məmnuniyyətlə qarşılamır, bütün prosesi ciddi narahatlıqla izləyir. Türkiyənin başlatdığı bu proses, türkdilli dövlətlərin birliyi, xüsusilə Azərbaycanla Türkiyənin az qala vahid bir dövlət kimi hərəkət etməsi qonşu dövlətləri qıcıqlandırır. Necə başa düşürlərsə düşsünlər, bu, üçüncü dövlətə qarşı çevrilmiş akt deyil. Qonşu dövlətlərin bu narahatlığının səbəbi onların içindəki kin və küdurətlə bağlıdır. Qaldı ki, Böyük Turan Dövlətinin yaradılmasına, məncə, bu məsələni hələki qabartmağa ehtiyac yoxdur. Bu, tarixi proseslərin təsiri altında baş verəcək bir hadisədir. Təbii ki, digər dövlətlər bu planı da ciddi xainliklə qarşılayır və açıq şəkildə narahatlıqlarını ifadə edirlər".
Nəzrin Cavid
Tarix: 18-06-2021, 14:40