“Danışıqların alternativi müharibədi, DQMV-nin sərhədlərini bərpa edəcəyik” – ERMƏNİLƏR MÜHARİBƏ İSTƏYİR


Son dönəmlər Xankəndinin yaxın gələcəkdə Azərbaycanın nəzarəti altına keçəcəyinə dair xəbərlər intensiv şəkil alıb. Hətta Azərbaycandakı bir sıra təşkilatlar da qeyd edirlər ki, bu məsələ 10 noyabr razılaşmasında yer alıb.
JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamalar və məlumatlardan sonra Qarabağda yaşayan ermənilər narahat olmağa başlayıblar. Daha doğrusu, əhali deyil, Qqarabağdakı terrorçuların nümayəndələri narahatdırlar. Bu gün isə Qarabağdakı erməni terrorçularının nümayəndəsi, özünü “”DQR parlamentinin spikeri” kimi təqdim edən Artur Tovmasyan yerli sakinlərə müraciət edib. Müraciətinin əsas məğzi isə Xankəndinin Aazərbaycana verilməyəcəyi, üstəlik, keçmiş DQMV-nin sərhədlərini “bərpa edəcəkləri” ilə bağlıdır.
Tovmasyan iddia edib ki, 10 noyabr razılaşmasında Xankəndinin Azərbaycana veriləcəyi ilə bağlı hər hansı bir bənd mövcud deyil. Onun sözlərinə görə, belə bir şeyin olması mümkün deyil. “Bu gün Qarabağın təhlükəsizliyinin təminatçıları rus sülhməramlıları və Qarabağ ordusudur. Qarabağ heç bir şəkildə Azərbaycanın tərkibində ola bilməz və hətta hər hansı vertikal tabeçilik də mümkün deyil”.
Terrorçuların nümayəndəsi daha sonra bildirir ki, ATƏT-in Minsk Qrupu yenidən fəaliyyətə başladıqdan sonra onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətin sərhədlərini bərpa edəcəklər. “Minsk Qrupunun üzvləri də yaxşı bilirlər ki, Qarabağda yaşayan xalqın təhlükəsizliyinin təminatı onun statusu ilə bağlıdır. Təhlükəsizlik və dəqiq status Qarabağın erməniləsizləşdirilməsinə imkan verməyəcək”.
Tovmasyan özlərini “sülhpərvər” göstərməklə qalmayıb, hətta müharibə sözünü də dilə gətirib. “Biz sülhpərvər xalqıq. Qonşularımızda sülh və əminamanlıq içində yaşamaq istəyirik. Lakin bir həqiqət var, əgər danışıqlar baş tutmursa, deməli, müharibə başlamalıdır”.
P.S. Ermənilərin nə deməsindən, hansı təbliğat aparmasından asılı olmayaraq, Xankəndi Azərbaycan ərazisidir və tezliklə orada Azərbaycan Bayrağı dalğalanacaq, erməni əhali də bizimlə birlikdə yaşamaq məcburiyyətindədir. Tovmasyan və onun havadarlarının hansı iddiaya düşməsindən asılı olmayaraq, Azərbaycan Xankəndi və onun ətrafında hər hansı hərbi birləşmə, dəstə və ya ordunun mövcudluğuna imkan verməyəcək. Qaldı, ermənilərin müharibə sözünü yenidən dillərinə gətirməsinə, bu bizim üçün daha sərfəlidir. Çünki 44 günlük müharibədə darmadağın etdiyimiz erməni ordusunun qalıqlarını, əzmək Azərbaycan Ordusu üçün elə də çətin məsələ deyil. Tovmasıyanın “danışıqların alternativi müharibədir” deməsi, onların qudurmasının, kimlərəsə güvənməsinin təzahürüdür ki, bu dəfə Ordumuz onların da başını əzəcək. 
Tarix: 3-05-2021, 14:19
Xəbəri paylaş



Xəbər lenti