Hərb tarixində ilk: Şəbəkə mərkəzli Qarabağ müharibəsi — ARAŞDIRMA




Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının XXV buraxılışında Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi taktikanı təhlil edib.

O, Azərbaycanın istifadə etdiyi taktika ilə SSRİ (“Дистанционная война” – “Məsafəli müharibə”) və ABŞ-ın (“Network-centric warfare” – “Şəbəkə mərkəzli müharibə”) ötən əsrin 80-90-cı illərində işləyib hazırladığı müharibə konsepsiyaları arasında paralellər aparıb. 

“Azərbaycan Vətən müharibəsində klassik müharibə konsepsiyasını kənara qoyaraq dünya hərb tarixində ilk dəfə geniş şəkildə Şəbəkə mərkəzli müharibə nəzəriyyəsini praktiki olaraq həyata keçirdi”,- deyə jurnalist qeyd edib.

Jurnalist həmçinin qeyd edib ki, Şəbəkə mərkəzli müharibənin uğurlu olduğuna əsas sübut isə dağlıq ərazilərə əks-hücum əməliyyatı icra edən Azərbaycanın itkilərinin düşmən itkilərindən iki dəfə az olmasıdır.
 

Tarix: 1-05-2021, 10:54
Xəbəri paylaş



Xəbər lenti