“Yəqin, Rusiya sülhməramlılarının(?) bundan da xəbəri olmayıb...” Xankəndindəki separatçı-terrorçu rejimin və daşnak partiyasının tör-töküntüləri bu gün – aprelin 24də səhər saatlarında Rusiya hərbçilərinin nəzarətində olan əraziyə daxil olaraq Şuşanın girişindəki tank-abidənin yanına qondarma “soyqırım” günü ilə bağlı plakat vurublar.
Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılmış görüntülərdən bəlli olur ki, plakatın üzərində “
Unutmuruq, tələb edirik, azad edəcəyik” şüarı yazılıb.
Xatırladaq ki, bəhs edilən tank 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı şəhid Milli Qəhrəman Albaert Aqarunovun vurduğu erməni tankıdır.
P.S. Yəqin, Rusiya sülhməramlılarının(?) bundan da xəbəri olmayıb...
Tarix: 24-04-2021, 15:49