Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Həkəri çayı üzərindən keçən körpünün təmiri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin şirkəti tərəfindən aparılır.Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, “ATM Stroy” şirkəti Rusiya hərbçilərinin nəzarətində olan dəhliz ərazisində yerləşən körpünün təmirini may-iyun aylarında başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, həmin vaxt ermənilər üçün böyük hərbi strateji əhəmiyyət kəsb edən Həkəri körpüsünün 44 günlük savaşın ilk günlərində - 2020-ci il oktyabrın 2-də Azərbaycan ordusu tərəfindən raketlə vurulması haqda məlumat yayılmışdı.
Sultan Laçın
Tarix: 21-04-2021, 10:43