44 günlük Vətən müharibəsinin nəticələri göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə və əzəli torpaqlarını işğaldan azad etmək iqtidarındadır.
KONKRET.az xəbər verir ki, bu barədə siyasi elmlər namizədi, israilli tanınmış politoloq Yuri Boçarov bildirib.
O vurğulayıb ki, Azərbaycan Milli Ordusunun uğurları ilə fəxr etmək lazımdır.
“Azərbaycan öz ordusunun imkanlarını və gücünü bütün dünyaya nümayiş etdirməlidir”, – deyə Yuri Boçarov Bakıda açılmış Hərbi Qənimətlər Muzeyinin əhəmiyyətindən danışarkən qeyd edib.
O, Azərbaycan paytaxtında açılmış Hərbi Qənimətlər Muzeyinin təcavüzkarlar üçün qorxulu yuxuya çevrildiyini və bu parkın onlar üçün xəbərdarlıq atributlarından biri olduğunu vurğulayıb.
İsrail eksperti Azərbaycan ərazisinin 20 faizinin 30 ildən artıq Ermənistan tərəfindən işğal altında saxlamasını pisləyib:
“Azərbaycanın əzəli torpaqları hərbi təcavüz nəticəsində işğal olunmuşdu. Biz hamımız həqiqəti bilirik. Biz bilirik ki, Azərbaycan ərazisində nələr baş verib. Biz minlərlə azərbaycanlı qaçqını gözlərimizlə gördük”.
Onun sözlərinə görə, İrəvan sülhdən və kapitulyasiya şərtlərindən üz döndərdiyi halda, Azərbaycan dünyada geniş vüsət almış ikili standartların qurbanına çevrilir.