Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Xocalı rayonunun dağlıq ərazisində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdirilib.
“Bu gün dağ kəndinin sakinlərinə humanitar və tibbi reyd formatında yardım edirik. Bu qeyri-adi missiyadır- tibb işçilərini buraya gətirmişik”, – deyə Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi general-mayor Sergey Jmurin bildirib.
Tarix: 17-04-2021, 17:29