“Qarşında şapkamı çıxarıram” ifadəsini eşitmisiz, yəqin. Şapka ciddi atributdur. Kiməsə heyranlığını, sayğını göstərmək istəyəndə çıxarılır, əzəmətli, kübar görünmək istəyəndə qoyulur və s. Dəbilqə də savaşın önəmli atributlarından biridir. Hərbi amunisiyanın ciddi elementidir”. Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
A.Əlizadə bildirib ki, dəbilqə hərbi muzeylərdə olan ən kütləvi eksponatdır, hər ölkədə öz əsgərlərinin belə, dəbilqələrini sərgiləyən muzeylər var: “Tarix muzeylərində qədim dəbilqələr də görmüşük. Almaniyada yəhudilərin yandırıldığı sobalar saxlanılıb. Bir nəfər danışırdı ki, yəhudi dostumla muzeyi gəzirdik, sobanı görəndə adamı dəhşət bürüdü. Gör millətimlə necə davranıblar dedi. Alman bələdçi utanaraq ondan üzr istədi. Hadisələr o yerədək gedib çıxa bilir. Tarixi isə silmək olmur. İndiki Almaniya faşist Almaniyası olmasa da, faktlara dəymirlər. Dövlət bir savaşa girib, qazanıb torpağını qaytarıb. Dəbilqələr də savaşdan qalıb. Onları nə etməliydik? Dənizdə batırmalıydıq? Zibilliyə atmalıydıq? Metalloma verməliydik? Qarşı tərəfə “gəlin dəbilqələrinizi aparın” deməliydik? Hərbi Qənimətlər Parkı yaradılıb, papaqlar da təyinatı üzrə ora qoyulub. Bu qədər prosessual...”
Tarix: 16-04-2021, 12:24