Seymur VERDİZADƏBabam Cəbrayılda doğulub. Uşaqlığım onun dizləri üstündə keçdiyi üçün həmin dövrü yaxşı xatırlayıram...Babamın məzarı kənd qəbiristanlığında idi. Elə bilirdim ki, gözümü bağlasalar, yenə gedib o ünvanı tapa bilərəm. Amma həmkəndlilərim, qohumlarım gözüaçıq getsələr də, babamın qəbrini tapa bilməyiblər. Çünki ermənilər Cəbrayıldakı bütün qəbiristanlıqları yerlə yeksan ediblər.
Bu fakt hətta dünya ictimaiyyətinə də məlumdur: ermənilər Cəbrayılda qəbirlərdən çıxardıqları sümükləri özlərilə Ermənistana aparıblar. Goreşən xisləti hər fürsətdə özünü büruzə verir...İnsanlar təkcə xarici görünüşünə deyil, həm də daxili aləminə görə bir-birindən fərqlənirlər. Bu fikri millətlərə də şamil etmək olar. Abırlısı var, abırsızı var, həyalısı var, həyasızı var. Kərbəlayi İsmayılın sözü olmasın, az yaşım yoxdur, çox ölkələrin torpağını tapdalamışam, çox xalqın nümayəndəsi ilə oturub-durmuşam, ünsiyyət qurmuşam.
Səmimiyyətimə inanın, mən dünyada ermənilər qədər həyasız ikinci millət görməmişəm. Bu, dünənin, srağagünün söhbəti deyil. Əmir Teymurdan tutmuş Puşkinə qədər nəhəng sərkərdələrin əksəriyyəti, dahilərin çoxu erməniləri satqın, murdar, həyasız, ikiüzlü xalq kimi xarakterizə ediblər. Yəni, necə var, elə qiymət veriblər...Həyasızlığın miqyasına bax, ha! İndi də deyirlər ki, azərbaycanlılar Cəbrayıldakı erməni kilsəsini dağıdıblar. Dılğır Paşinyan da bu təbliğata qoşulub. Ay vələdüzzina, Cəbrayılda erməni olub ki, onun kilsəsi də olsun? Cəbrayılda ermənilərə aid bircə nişanə tapa bilərsənmi? İşğaldan sonra tez-tələsik nəsə tikib bunu tarixi abidə kimi bizə sırıyacağınızı düşünürdünüz?
Ay sizi öləsiniz! Cəbrayılda yaşı əsrlərlə ölçülən beş tarixi abidəni yerlə yeksan edəndə ölüb yerə girmədinzimi? İyirmidən artıq məsciddən əsər-əlamət qalmayıb. Budurmu sizin tarixi abidələrə qoyduğunuz hörmət? Siz başqa xalqların dininə, adət-ənənəsinə beləmi hörmət edirsiniz? Min-min beş yüz il tarixi olan abidələri dağıdanda heç düşünmədinizmi bu torpağın əsl sahibləri bir gün geri qayıdıb o abidələrdən qopan daş parçalarını sizin gözünüzə soxacaq?
Cəbrayılda doğulan 7 babamı özüm tanıyıram. Onların da hər biri ən azı 7 babasını tanıyıb. Bilirsiniz, bu nə deməkdir? Bu, bizi Cəbrayılla, Qarabağla bağlayan yüz illiklər deməkdir, neçə-neçə qocaman əsr deməkdir.
Ay dılğır, mənim babalarım yüz illər boyu dağdan arana, arandan dağa köç edəndə, əkib-biçəndə, becərəndə sən kimin qapısında sülənirdin? Yoxsa, elə bildin ki, babalarımızın qəbrini dağıtmaqla bu torpaqlardakı izlərimizi siləcəksən? Boş başın haqqı! Mənim babamın çölə atılan dırnağı sənin başından qiymətli idi. Biz nəvələr doğma torpaqlarımıza qayıdıb babalarımızın ruhunu şad elədik. Amma yüz il də bundan sonra nəvələrin sənin goruna söyəcək.Onlar söyəcək, bəşəriyyət tüpürəcək!(Yenisabah.az)
Tarix: 2-04-2021, 08:17