Ərdoğan: “Ramazandan sonra Şuşaya gedəcəyik”



Türkdilli ölkələr Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş ərazilərinin bərpası üzrə səylərini dəstəkləməlidir. Bu barədə çərşənbə günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində bildirib.
Türkiyə prezidenti Azərbaycan rəhbərliyini və xalqını tarixi Qarabağ torpaqlarının azad edilməsi münasibətilə bir daha təbrik edib.
“Türkdilli ölkələrin Qarabağda türk abidələrinin qorunması və bərpa olunması işində də Azərbaycanı dəstəkləməyə davam etməsi vacibdir. Ümid edirəm ki, tezliklə, Ramazan bayramından sonra Şuşaya gedəcəyik, bu, bizim üçün daha bir bayram olacaq”, deyə “Anadolu” agentliyi Erdoğandan sitat gətirir.
Türkiyə lideri qeyd edib ki, bu gün dünya ictimaiyyətində baş verən dəyişikliklər Türk Şurası kimi əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. Türk Şurasının statusunu yüksəltməyin, onu beynəlxalq təşkilata çevirməyin vaxtı çatıb, deyə Erdoğan qeyd edib.
Türkiyə prezidenti türkdilli dövlətlərin birgə səylərinin Kipr türklərinin maraqlarının müdafiəsinə də töhfə verəcəyindən əminliyini ifadə edib. 
Contact.az
Tarix: 1-04-2021, 10:38
Xəbəri paylaş



Xəbər lenti