Şuşanın Turşsu kəndində ruslarla ermənilər birgə növbətçilik edəcək - Rusiya generalıyla görüş...

Şuşanın Turşsu kəndində ruslarla ermənilər birgə növbətçilik edəcək - Rusiya generalıyla görüş...
Rusiya bu işləri hansı hüquqi əsasla, Azərbaycanla hansı razılaşma əsasında, özü də separatçı erməni rejimini bir rəsmi tərəf kimi tanıyaraq həyata keçirir?..
 
Yuxarı Qarabağdakı separatçı rejim tör-töküntülərinin  “fövqəladə hallar xidməti”nin direktoru polkovnik Mehak Arzumanyan bu gün – martın 26-da Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Qarabağdakı humanitar briqadasının rəhbəri general-mayor Vladislav Qadeyevi qəbul(!) edib. 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
 
İki tərəfdaş qurum arasındakı əməkdaşlıq çərçivəsində 3 işçi qrupu yaradılması qərara alınıb. Sabahdan, yəni martın 27-dən etibarən erməni-rus tərəfdaşlarından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.
 
“Artsax Respublikası”nın daxili təhlükəsizliyi səbəbindən rus və erməni əməkdaşlardan ibarət  əməliyyat və xilasetmə qrupu dövlət fövqəladə hallar xidmətinin Lisaqor( Şuşa rayonunun Turşsu - S.L.) bazasında birgə növbətçilk xidməti aparacaq”- məlumatda belə deyilir.
 
P.S. Düzdür, Rusiya FHN-nin Qarabağda mina və digər partlayıcıların təmizlənməsi, evlərin təmiri və s. istiqamətində gördüyü işlər Azərbaycan hökumətinin gələcək işlərini xeyli yüngülləşdirir. Amma söhbət ondan gedir ki, Rusiya hökuməti həmin işləri hansı hüquqi əsasla, Azərbaycan dövləti ilə 10 Noyabr  bəyanatında nəzərdə tutulmayan hansı razılaşma əsasında, özü də separatçı erməni rejimi bir rəsmi tərəf kimi tanıyaraq həyata keçirir...
 
Sultan Laçın

Tarix: 26-03-2021, 16:09
Xəbəri paylaş



Xəbər lenti