“Forbes” Azərbaycanın dahiyanə hərbi taktikasından yazdı -“Dronlar 6 ədəd S-300 məhv edib”


Son Azərbaycan-Ermənistan müharibəsi kiçik dövlətlərin müasir müharibə aparmaq qabiliyyətinin nə qədər dəyişdiyini göstərdi. ABŞ-ın nüfuzlu “Forbes” nəşri belə yazır.
Məqalənin müəllifi Paul Iddon qeyd edir ki, keçən il Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda gedən müharibədə Azərbaycan ölkəni əldən sala biləcək bahalı və uzunmüddətli müharibədən yayındı. Üstün hərbi texnikanı mükəmməl istifadə etməklə Azərbaycan böyük üstünlük qazandı. Ermənistan dağıdıcı və qəti bir məğlubiyyətə üzləşdi. Rəsmi Bakı dron kimi müasir hərbi texnologiyadan istifadə etməklə qarşı tərəfə gücü çata biləcəyindən daha şiddətli zərbə endirdi.
2020-ci il Dağlıq Qarabağ müharibəsinin əvvəllərində erməni hərbçiləri 1994-cü ildə qazandıqları müharibəyə bənzər bir müharibə olacağını düşünürdülər. Rusiya istehsalı olan T-72 döyüş tanklarının böyük arsenalına malik olan Ermənistan S-300 kimi hava hücumundan müdafiə raket sistemləri ilə də təchiz olunmuşdu. Elə bu səbəbdən erməni tərəfi əmin idi ki, onlar müharibədə üstünlük qazanacaqlar, ən azından müdafiə xəttini qoruyub saxlaya biləcəklər.
960x0.jpg (107 KB)
Keçmiş müharibənin təkrarını gözləyən erməni qüvvələri özünü gələcəyin müharibəsinə hazırlamış Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə məhv edildi. Azərbaycanla səngər müharibəsinə hazırlaşan Ermənistan nəyinki döyüş meydanında, eləcə də psixoloji baxımdan darmadağın oldu.
“Forbes” yazır ki, Azərbaycan İsrail istehsalı olan "Harop" ("qatil" və ya "kamikadze" kimi də tanınır) və Türkiyə istehsalı olan “Bayraktar TB2” dronları ilə silahlanmışdı.
Azərbaycan “Harop” dronlarından Ermənistanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün məharətlə istifadə etdi. Taktika və icra baxımından onlar bu işi çox sadə şəkildə, ancaq dahiyanə formada döyüş meydanında tətbiq etdilər. Rəsmi Bakı sovet istehsalı olan “Antonov An-2”( Kukruznik) təyyarələrindən ermənilərə məxsus S-300-lərini radarlarını aktivləşdirmək üçün səmərəli şəkildə yararlandı. “Kukruznik”i qurban verməklə S-300-ün yeri müəyyənləşirdi və ora dəqiq zərbə endirilirdi.
22.jpg (105 KB)
Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu məqam az qala dünyanın bir çox ölkələrinin hərbçiləri tərəfindən xüsusi ilə vurğulanıb. NATO ilə yanaşı Çin və Hindistan kimi ölkələrdə də bu taktika heyranlıq doğurub.
“Forbes” bildirir ki, ermənilərin əlində olan ən azı 6 ədəd S-300 bu üsulla Azərbaycan tərəfindən məhv edilib. O da bildirilir ki, bü günlərdə Ermənistan tərəfi S-300-ə “Harop”la endirilən raket zərbəsinin video görüntülərini yayıb.
Müəllif yazır ki, havadan müdafiə sisteminin zəifləməsi ilə Ermənistanın quru qoşunları daha çox dron zərbələrinə tuş gəldi.
444.jpg (22 KB)
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, rəhbərlik etdiyi silahlı qüvvələri 1 milyard dollar dəyərində erməni hərbi texnikasını sıradan çıxarıb: “Bu, ehtimal ki, mübaliğə deyil, çünki müharibə zamanı təxminən 240 erməni tankı məhv edildi. Azərbaycanın isə cəmi 36 tank itirdiyi təxmin edilir! Üstəlik, Azərbaycan tərəfi ən azı 39 erməni tankı və 24 ədəd BMP ələ keçirməyi bacardı”.
Məqalənin sonunda deyilir ki, rəsmi Bakı bu müvəffəqiyyətə zamanla hərbi arsenalını ən yüksək texnologiyaya söykənən silahlarla zənginləşdirməsi hesabına, özü də nisbətən az xərclə nail oldu.
Elbəyi Həsənli, Sürix
https://www.forbes.com/sites/pauliddon/2021/03/25/the-last-azerbaijan-armenia-war-redefined-how-small-nations-fight-modern-battles/?sh=36438db37dd3
Tarix: 26-03-2021, 14:37
Xəbəri paylaş



Xəbər lenti