Ermənistan Qarabağda ev tikintisinə 208 milyon dollar ayırıb – Paşinyanın seçkiqabağı gedişi


Ermənistan hökuməti Qarabağda ermənilərə ev və infrastruktur tikintisi üçün 208 milyon dollar(110 milyard dram) ayırmaq barədə qərar qəbul edib. Musavat.com Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Ermənistan və Xankəndindəki qondarma qurumun təhlükəsizlik şuralarının birgə iclasında məlumat açıqlayıb.
Paşinyanın sözlərinə görə, bu vəsaitin 58 milyard dramı “Hayastan” ümumerməni fondundan, 52 mlyard dramı isə bilavasitə Ermənistan büdcəsindən ayrılacaq.
Paşinyan həmçinin qeyd edib ki, iclasda onun 2020-ci ilin 18 noyabrında açıqladığı yol xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması məsələləri də müzakirə olunub. Bura həm də Qarabağda normal həyatın bərpası və sosial-iqtisadi inkişafın sürətləndirilməsi də aiddir.
Xandkəndi ermənilərini rəhbəri Arayik Arutunyan isə artıq 4 min evin tikinti layihəsinin hazır olduğunu deyib. Yaxın aylarda isə daha 2 min evin planı hazırlanacaq.
Xatırladaq ki, A.Arutunyan bundan əvvəl Ermənistana 30 minə yaxın Qarabağ ermənisinin köçdüyünü bildirmişdi.
Tarix: 26-03-2021, 14:16
Xəbəri paylaş



Xəbər lenti