Görünür, Bayden erməniləri izləyərək, icraedici hakimiyyət səviyyəsində “soyqırımı” tanıyacaq. Bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
“Beləliklə, yaz gəldi və erməni diasporu yenə öz ampulasındadır. Görünür, Bayden erməniləri izləyərək, icraedici hakimiyyət səviyyəsində “soyqırımı” tanıyacaq. Təbii olaraq bu, ABŞ-Türkiyə münasibətlərinin soyuqlaşmasına gətirib çıxaracaq və nəticə kimi Rusiya-Türkiyə tandeminin o cümlədən bizim mövzuda koordinasiyasını gücləndirəcək. Beləliklə, ermənilər növbəti sənəd, biz isə Laçın dəhlizinin nəzarətini ələ alacağıq”, - T.Zülfüqarov bildirib.
Onun sözlərinə görə, bu, Minsk Qrupunu daha uzağa göndərmək üçün növbəti bəhanə olacaq.
Tarix: 11-03-2021, 23:08