Ermənilər Qırxqız dağının “Artsax “ordusu”nun nəzarətində olduğunu iddia etdi...-FOTO

Ermənilər Qırxqız dağının  “Artsax “ordusu”nun nəzarətində olduğunu iddia etdi...-FOTO
İşğal dövründə ermənilərin “Kusanats Ler” adlandırdıqları Qırxqız dağının hələ də qondarma separatçı-terrorçu rejimin “müdafiə ordusu”nun nəzarətində olması barədə iddialar səslənib.
 
Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb. 
 
Xatırladaq ki, Qırxqız -  Azərbaycan Respublikasının Qarabağ silsiləsinin şimal ərazisində Laçın, Kəlbəcər və Xocalı rayonunun ərazisini əhatə edən dağ silsiləsidir. Ümumilikdə orta hesabla dəniz səviyyəsindən yüksəkliyi 2697 metrdir. Ən hündür zirvəsi Laçın və Xocalı rayonlarının sərhədində, dəniz səviyyəsindən 2843 m yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qırxqız adlanan zirvə isə dəniz səviyyəsindən 2629 m yüksəklikdə yerləşir. Dağın qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonlarının kəndləri sıralanır.
 
Hərbi baxımdan kifayət qədər strateji yüksəkliklərə malik Qırxqız dağı - 1992-1993-cü illərdən Ermənistan ordusunun işğalı altına düşüb.  Ordumuzun 44 günlük müzəffər savaşından sonra imzalanmış üçtərəfli razılaşmaya əsasən 2020-ci il dekabrın 1-dək  Kəlbəcər və Laçın rayonlarının ərazisi bütövlükdə Azərbaycan ordusunun nəzarətinə verildiyindən Qırxqız dağ silsiləsinin yalnız Xocalı rayonu ərazisinə düşən hissəsində Ermənistan ordusunun  tör-töküntülərinin qalma ehtimalı var.
 
Tarix: 23-02-2021, 09:36
Xəbəri paylaş



Xəbər lenti