Erməni millətçisi: “Biz silah adına zibil alırıq, Azərbaycan isə öz pullarını...” Moderator.az xəbər verir ki, ABŞ-da yaşayan erməni yazıçısı, uydurma “Bakı qətliamı”nın təbliğatçısı Anna Turcotte, rəsmi İrəvanı ifşa edən açıqlama ilə çıxış edib. Azərbaycanın öz maliyyə vəsaitindən səmərəli şəkildə istifadə etdiyini bildirən erməni yazıçısı, Ermənistanın öz vəsaitini köhnə silah-sursata verdiyini vurğulayıb. Füzulidən Şuşaya gedən yeni yolun şəklini paylaşan erməni millətçisi, Azərbaycanın öz milli maraqları konteksində xərcləmələr həyata keçirməsi fonunda, Ermənistan rəhbəliyinin lüks əşyalara pul xərclədiyini bildirib:
“Şəkildə gördüyünüz bu yol Azərbaycandan Şuşaya gedən yeni yoldur. Bəli, Azərbaycan tərəfi sürətlə və səmərəli şəkildə irəliləyir. Lakin onların bu uğuru neftə görə deyil. Bizim də pulumuz lakin. Lakin bu pul ölkə rəhbərliyinin lüks əşyalarına, əslində “zibil” olan antik silahlara sərf edilir. Bunun səbəbi İrəvanın milli maraqların nələrdən ibarət olduğunu dərk etməməsidir. Diqqətinizi cəmləşdirin. Nə qədər ki, Azərbaycanın Şuşaya çəkdiyi yeni yol İrəvana qədər uzanmayıb, ölkəni bir yerə yığın”.
Tarix: 20-02-2021, 21:28