Fəzail Ağamalı: “Onlar ermənilərə heç vaxt ”dur” və ya “insan kimi davran” tələbini etmirlər və etməyəcəklər”
ATƏT-in Minsk Qrupu həmsədlərinin videoformatda görüşündə hər üç ölkənin xarici işlər nazirinin dilindən “Qarabağda və bütün bölgədə əmin-amanlıq şəraitində birgəyaşayışın vacibliyi” vurğulanıb.Azərbaycanın mövqeyi Prezident səviyyəsində hələ müharibə dövründə də elan olunub, buna çağırışlar edilib. Amma biz hansı erməni ilə birgə yaşayaq? 10 noyabr anlaşmasından dərhal sonra Xocavəndə terrorçular göndərən ermənilərlə? Yoxsa faşist Nijdeyə heykəl qoyanlarla? Təxribatçı addımlarını dayandırmayan, Azərbaycana hələ də düşmənçilik aşılayan “dqr” quldurlarıyla? Bizi birgə yaşayışa çağıran güclər ermənilərə “adam olun!” niyə demir?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, biz qalib ölkəyik, qalib ölkə olduğumuz üçün, həm də mahiyyətimizdən irəli gələn əmin-amanlığa, sülhə, humanizmə hər zaman sadiqik: “Uzun illərdən bəri himayədarlarının köməyi ilə tarixi torpaqlarımızı işğal edib özünə qondarma dövlət yaradan Ermənistan deyilən bir ölkənin erməni sakinləri, faşist düşüncəli lənətlənmiş bir soy olan bu toplum körpəlikdən başlayaraq böyük türk xalqına nifrət ruhunda tərbiyələnib. Zaman-zaman bunlar bizim torpaqlarımızı ələ keçirməyə çalışıblar və bir çox hallarda buna nail olublar. Son 30 ildə isə Qarabağı işğal etmişdilər və buraları da həmişəlik özününküləşdirməyə çalışırdılar. Ermənilərin bu niyyətinə müzəffər ordumuz və onun müzəffər Ali Baş Komandanı son qoydu. Tarixi bir qələbə əldə etdik. Erməniləri məğlub edib onların hərb maşınını dağıtmaqla həm də onları sındırdıq. Bir etnos kimi burunları həqiqi mənada əzildi. Hələ də bu acınacaqlı durumdan çıxa bilmirlər.
Uzun illər boyu onlar Azərbaycanın tarixi qələbəsinin təsiri altında ağır psixoloji şəraitdə yaşayacaqlar. Biz qalib ölkə olduğumuz üçün, həm də mahiyyətimizdən irəli gələn əmin-amanlığa, sülhə, humanizmə hər zaman sadiqik. Bu gün də sadiqliyi nümayiş etdirməkdəyik. Baxın, biz qalib gəlmişik, lakin illər uzunu bizə böyük faciələr yaşadan ermənilərə sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün imkanlar açır. Ölkə Prezidentinin hətta 44 günlük müharibə dövründə belə etdiyi müraciətlərin və müsahibələrin hər birində yenə də humanizm ifadə olunub, yenə də bölgədə sülhə, birgəyaşayışa çağırış edilib. Azərbaycan bu gün də həmin çağırışlara sadiqdir. Kommunikasiyaların açılması ilə bağlı Azərbaycan dövlətinin ortaya qoyduğu qətiyyətli iradə dünya dövlətləri tərəfindən müsbət qarşılanmaqdadır. Lakin Ermənistan isə əslində daha çox onlara xeyir olan bu niyyəti də lazımi səviyyədə qiymətləndirmir. Çünki düşüncələri faşist düşüncəsidir, bizə qarşı nifrətləri var. Biz ermənilərin faşizminə son qoymaq üçün bundan sonra da səylərimizi artırmalıyıq. Yenə də dövlətimiz ordunun güclənməsinə xüsusi fikir verməlidir. Ordumuz ən yüksək səviyyədə döyüş qabiliyyətini özündə daşımalıdır. Bu amil erməniləri faşist düşüncələrini reallaşdırmaq istəyindən çəkindirən amildir. Azərbaycanlıların faşist düşüncəsindən uzaqlaşmış, qanunlarımıza hörmətlə yanaşan, terrordan əl çəkən ermənilərlə birgə yaşayışı mümkündür”.
Deputat vurğuladı ki, Minsk Qrupunun həmsədrləri fəaliyyətə başladıqları andan bu günə qədər ikili standartlardan əl çəkmirlər. Onlar yenə də ermənilərin və erməniliyin yanındadırlar. Erməniləri revanşist əhvala kökləyən həm də bu amildir: “Azərbaycana qarşı ədalətsiz, haqsız, qərəzli münasibətlərini həmsədrlər yenə də davam etdirirlər. Biz güclü dövlət olaraq problemlərimizi özümüz həll etməliyik. Nə ATƏT-ə, nə onun Minsk Qrupuna, nə onun həmsədrlərinə arxayın olmalı deyilik. Çünki keçən zaman sübut etdi ki, onlar ermənilərə heç vaxt ”dur" və ya “insan kimi davran” tələbini etmirlər və etməyəcəklər. Çünki bölgədə öz maraqlarını münaqişəli vəziyyətlərdən istifadə edib həyata keçirmək istəyirlər. Azərbaycan öz problemlərini ancaq özü həll edə bilər. Azərbaycanın bu işdə ən yaxın müttəfiqi Türkiyədir və Pakistandır, eyni zamanda həqiqətin yanında olan bir sıra ölkələrdir. Yanımızda olan dövlətlərin sayı getdikcə artacaq, lakin erməni faşiziminə birdəfəlik son qoymaq kimi tarixi missiya yenə də Azərbaycanın öz üzərinə düşür. Minsk Qrupu həmsədrlərindən bu işdə müsbət nəsə gözləməməliyik".
Tarix: 19-02-2021, 08:38