Bəlkə Paşinyan Ermənistan cəmiyyətinə növbəti şou göstərmək üçün özünün Xankəndinə səfəri üçün hazırlıq görür?.. Qəsbkar Ermənistanın baş naziri Nikol Paşinyanın köməkçisi Qaqik İsaxanyanın sabah- fevralın 17-dən Azərbaycan Respublikasının Xankəndi şəhərinə gəlməsi gözlənilir.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin News.am nəşri məlumat yayıb.
Ermənistan hökumətinin rəsmi saytına istinadla yayılan məlumatda səfərin 3 gün(17-18-19 fevral) davam edəcəyi bildirilir. Paşinyanın şəxsi qərarıyla təşkil edilən səfərin Xankəndində işgüzar görüşlər məqsədilə təşkil edildiyi bildirilir.
P.S. Digər Ermənistan rəsmiləri kimi Paşinyanın köməkçisinin də Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan Qarabağa gəlməsi qanunsuzluq və dövlətçiliyimizə hörmətsizlikdir. Görəsən, bu səfərin də həyata keçməsinə imkan veriləcəkmi? P.P.S. Bəlkə Paşinyan Ermənistan cəmiyyətinə növbəti şou göstərmək üçün özünün Xankəndinə səfəri üçün hazırlıq görür?.. Sultan Laçın
Tarix: 16-02-2021, 20:50