Qarabağ münaqişəsində yarımçıq qalan işlər-Tomas de Vaal

2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşması Dağlıq Qarabağda müharibəni dayandırsa da, davamlı sülh razılaşması hələ çox uzaq görünür. Beynəlxalq oyunçular iqtisadi dəstək verməklə, dialoq və barışığı təşviq etməklə uzunmüddətli layihədə rol oynaya bilər. Bu haqda “Karnegi Avropa” fondunun aparıcı əməkdaşı Tomas de Vaal yazır.
10 noyabr sazişi ilə bitmiş 44 günük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirildi. De Vaal üçtərəfli razılaşmanın regionda geosiyasi konfiqurasiyanı radikal şəkildə dəyişdiyini, Moskvaya 30 il öncə oynadığı mərkəzi rolu qaytardığını qeyd edir.
Atəşkəs razılaşmasının qaranlıq tərəfləri
“2021-ci ildə bütün tərəflər növbəti addımlarla bağlı həlledici qərarlar verməlidirlər. Amma hələlik, heç bir tərəfdən strateji planlama əlaməti görünmür, bircə Rusiya istisnadır”, – yazan müəllif atəşkəs sazişini geniş şərh edir. Əsirlərin mübadiləsi məsələsi hələ tam həllini tapmayıb.
Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni silahlılarının status aydın deyil. Tərəflər razılaşmnın 1-ci bəndini fərqli yozurlar. Heç Rusiya sülhməramlılarının mandatı da dəqiqləşməyib. “Həftələrlə çəkən danışıqlara baxmayaraq, Moskva və Bakı bu məsələni razılaşdırmayıblar. Rusiya hərbçilərinin sayının noyabr razılaşmasında nəzərdə tutulandan daha artıq ola bilməsi haqda da məlumatlar var”, – məqalədə deyilir.
Müəllif yazır ki, yeni sülhməramlı missiyasını əsaslandırmaq üçün Moskvaya xeyli sayda mülki əhalisi olan, yaxşı fəaliyyət göstərən ərazi lazımdır və artıq Dağlıq Qarabağa 50 mindən çox sakinin qayıtdığını bildirir.

Sülhməramlı faktoru
Rusiya faktoruna toxunan müəllif yazır ki, beşillik missiyasının uğurlu olmasından ötrü Rusiya Ermənistan və Qarabağdakı de-fakto hakimiyyətlə sıx işləməlidir. Amma Moskva 2025-ci ildə missiyanın uzadılmasına Azərbaycanın veto qoymasını da istəməz. Buna görə Azərbaycanla münasibətləri yaxşı səviyyədə saxlamaq, Bakını əmin etmək lazımdır ki, Qarabağ daha separatçı ərazi deyil.
Prezident İlham Əliyev isə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını qeyd edib.
Müəllifin fikrincə, Rusiyanın Ermənistan Azərbaycanın münasibətlərinin sürətlə normallaşmasını istəməsinə çox səbəb yoxdur, bu zaman sülhməramlılarının missiyası da başa çatar. Ancaq Moskva eyni zamanda nəqliyyat əlaqələrinin bərpasına sürətləndirmək üçün münasibətlərdə yetərincə sabitləşməyə çalışacaq. Bu magistral və dəmiryol xətləri Rusiyanı Gürcüstandan yan keçməklə Ermənistana, İrana və Türkiyəyə birləşdirməlidir.
Azadlıq radiosu
Tarix: 13-02-2021, 23:18
Xəbəri paylaş

Xəbər lenti