Paşinyan Araik Arutyunyan və cinayətkar dəstəsinin zərərsizləşdirilməsində maraqlıdır-ŞOK İDDİA


Paşinyan hakimiyyəti özünün revanşist siyasi rəqiblərini gücləndirən, onların əlində alətə çevrilən Araik Arutyunyan və cinayətkar dəstəsinin zərərsizləşdirilməsində maraqlıdır; Regionda intensiv iqtisadi inkişaf prosesi qarşısında əngələ çevrilən hər kəs məhvə məhkumdur...
Ermənilər çox qəribə toplumdur. Özlərindən başqa kimsəyə hörmət bəsləmirlər. Hamını özlərinə borclu hesab edirlər. Onların istəklərinə dəstək verməyənləri isə qatı düşmən kimi qəbul edillər.

Ona görə də, ermənilərin heç vaxt tarixi və mənəvi bağlara dayalı dostları olmayıb. Yəqin ki, bundan sonra heç vaxt da olmayacaq. Və bu, bir toplumun milli faciəsidir.
Məsələ ondadır ki, erməni xislətindəki xainlik bu toplumla bağlı başqalarında etibarlı dost qənaətinin yaranmasına əngəl törədir. Çünki, ermənilər onlara dəstək olanlara belə, vicdan əzabı çəkmədən xəyanət edə bilmək "qabiliyyət"ləri ilə də məşhurdurlar.
Ona görə də, kompakt yaşadıqları bütün ərazilərdə qonşularıyla daim düşmənçilik münasibətləri ilə diqqət çəkirlər. Özlərinə lazım olanda həmişə xristian təəssübkeşliyi barədə ağızdolusu danışmağı xoşlayırlar. Ancaq özləri kimi xristian olan gürcülərlə belə, gərginlik yaşayırlar. Çünki Ermənistanın Gürcüstana qarşı da ərazi iddiaları mövcuddur. İmkan düşdükcə, ara-sıra bu iddialarını xatırlatmağı unutmurlar. 
Təbii ki, erməni toplumunun belə xain xislətli olması onlarla qonşuluqda yaşayan xalqlara ciddi problemlər yaradır, ziyan vurur. Ancaq qonşu xalqlara qarşı düşmənçilik ənənəsi əslində, ermənilərin özlərinə daha çox ziyan gətirir. Çünki, kimsə onlara güvənmir, ermənilər mədəni və sosial inkişaf prosesindən həmişə geri qalırlar. Bir sözlə, erməni toplumunun dostları deyil, düşmənləri və bir də onlardan öz məqsədləri üçün istifadə edən ağaları var.
Xainlikləri ucbatından başlarına gəlməyən qalmayıb, amma yenə də ağıllanmırlar. Sonuncu savaşda bir daha uzun müddət toparlana bilməyəcəkləri səviyyədə darmadağın ediliblər. Belə davam edəcəyi təqdirdə, ümumiyyətlə, dövlətlərini də tamamilə itirə bilərlər. Amma inadkarlıqlarını davam etdirirlər. Və "suyu bulandırmaq"da israrlı davranırlar, hələ də nəyəsə ümid bəsləyirlər.
Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə son vaxtlar erməni separatizminin yenidən baş qaldırmağa başladığı müşahidə edilməkdədir. Yenə də, qondarma "DQR oyunu"ndan əl çəkmədiklərini biruzə verirlər. Və regionda sabitliyin, dinc inkişaf dövrünün başlamasına əngəl törətməyə çalışırlar.

Rusiya sülhməramlı qüvvələrinin arxasına sığındıqlarını düşünürlər. Elə bilirlər ki, rus sülhməramlıları onları hər şeydən qoruyacaq, bütün təxribatçı davranışlarını himayə edəcək.
44 günlük savaş dövründə girməyə "siçan deşiyi axtaran" Araik Arutyunyan adlı hərbi cinayətkar yenidən meydana çıxıb, başından böyük işlərlə məşğul olmağa çalışır. Guya hansısa uydurma "dövlət"in başçısıymış. Və fəaliyyət göstərirmiş... 
Araik Arutyunyan separaçı və təxribatçı davranışları ilə əslində, elə özünə qarşı da düşmənçilik edir. Onun barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib. Və bu hüquqi prosedurlar irəlilədikcə, Araik Arutyunyan bir gün əlləri qandallanmış vəziyyətdə gözlərini Bakıda açacaq. İndi müxtəlif mənasız görüşlər keçirmək üçün arxasına sığındığı Rusiya sülhməramlı qüvvələri də ona kömək edə bilməyəcək.
Əslində, hətta rus sülhməramlıları istəsələr belə, Araik Arutyunyanı və onun separaçı cinayətkar dəstəsini uzun müddət qoruya bilməz. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədə qalma müddəti 10 noyabr anlaşmasında konkret olaraq, müəyyən edilib.
Əgər, Azərbaycan 4 il yarımdan sonra tələb etsə, Rusiya sülhməramlı qüvvələri ərzinini qeyd-şərtsiz tərk etməli olacaqlar. Türkiyə hərbi kontingenti də bölgədə olduğundan rus sülhməramlıların bu tələbi fərqli istiqamətlərə yönəltmək şansı qalmayacaq.
Belə olan təqdirdə, Araik Arutyunyan və onun cinayətkar bandası üzləşə biləcəkləri situasiyanı elə indidən təsəvvür etməyi də unutmamalıdır. Onları Azərbaycan xüsusi təyinatlıları tərəfindən həbs edilib, mühakimə olunmaq perspektivləri gözləyir. Və bunun onlara ömürlük həbs cəzası vəd etdiyini də qətiyyən diqqətdən qaçırmamalıdırlar.
Artıq Cənubi Qafqazda separatizmin münbit məkan tapa biləcəyi dövr qapanıb. Bu regionda fərqli və daha perspektivli inkişaf mərhələsi başlayıb. Və bu inkişaf mərhələsi Rusiya da daxil olmaqla, regionda maraqları olan bütün dövlətlərin mənafeyinə uyğundur. 

Təbii ki, belə bir reallıq Araik Arutyunyan və onun cinayətkarlarına bölgədə uzun müddət "suyu bulandırmaq" şansı buraxmır. Böyük maraqların olduğu bir strateji-çoğrafi məkanda separatizmin "meydan sulaması" qətiyyən mümkün deyil. Regionda maraqları olan dövlətlər də öz mənafelərini Araik Arutyunyan kimi cinayətkarlara qurban verməzlər.
Ermənistanda hələ də bu açıq reallığı anlamaq istəməsələr də, hətta Rusiya bunu dəfələrlə rəsmən hər kəsə izah etməyə çalışıb. Belə ki, regionda Ermənistanı ən etibarlı şəkildə himayə edə biləcək Rusiyanın prezidenti Vladimir Putin artıq dəfələrlə "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deyib.
Rusiya prezidenti daha bundan artıq nə deməlidir ki... Anlayan üçün hər şeyi bir cümlə ilə izah edib, bu məsələ də həmişəlik bitib. Üstəlik, Rusiya prezidenti Vladimir Putin bu həlledici cümləni Azərbaycanın dövlət başçısı İlham Əliyevin "Dağlıq Qarabağa heç bir status verilməyəcək" bəyanatı ilə eyni vaxtda dilə gətirib.
Bütün bunlar da yetmədi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də əlavə açıqlama verərək, “Dağlıq Qarabağın statusu məsələsini indi müzakirə etmək mümkün deyil" demək məcburiyyətində qaldı. Onun fikrincə, hazırda statusun müzakirəsi ciddi gərginliyə yol açır: "Hətta Ermənistanın daxilində belə, diskussiyalar gedir. Xatırladım ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bunu niyəsə unudurlar".
Göründüyü kimi, heç kim, hətta Rusiya belə, status mövzusunu yaxına buraxmır. Bu məsələ artıq keçmişdə qalıb, təkrar müzakirə edilməsi qətiyyən mümkün deyil. Və indi daha ciddi maraqlar var. 
Araik Arutyunyan və cinayətkar dəstəsinin gündəmdə qalması yəqin ki, bəzilərinə hələ də sərfəli ola bilər. Ancaq həmin bəziləri yalnız Ermənistan daxilindədir.
Belə anlaşılır ki, rəsmi İrəvan hələlik Ermənistan daxilində bütün proseslərə tam nəzarət edə bilmir. Ona görə də, Ermənistanda kök atmış bəzi revanşist qüvvələr Araik Arutyunyan və onun cinayətkarlarından öz siyasi məqsədləri üçün yararlana biləcəklərinə hələ də ümid bəsləyirlər. Ermənistanda hakimiyyət uğrunda daxili mübarizədə bəziləri bu cinayətkarlardan istifadə etməyə çalışırlar.
Halbuki, geopolitik situasiya bunun uzun müddət belə davam edə biləcəyinə inam yaratmır. Üstəlik, yeni geopolitik şərtlər revanşistlərdən fərqli olaraq, rəsmi İrəvanı da mövcud reallıqlar ilə barışmaq məcburiyyətində qoyub. Əslində, Araik Arutyunyan və onun cinayətkarlarının fəaliyyəti hazırda heç Paşinyan hakimiyyətinə də sərfəli deyil. Çünki, bu cinayətkarlar Paşinyan hakimiyyətinin revanşist siyasi rəqiblərini gücləndirirlər. Ona görə də, separaçı cinayətkarların sıradan çıxarılması Paşinyan hakimiyyətinin də maraqlarına tamamilə cavab verir.
Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyətini konkret addımlar atmağa da sövq edir. Belə ki, baş nazir Nikol Paşinyan separaçı cinayətkarları başqalarının əliylə sıradan çıxartmağa üstünlük verir.
Son məlumatlara görə, bu məsələ 11 yanvar görüşündə razılaşdırılıb. Həmin razılaşmaya əsasən, Araik Arutyunyan və bandasının sıradan çıxarılması bir neçə mərhələdə reallaşdırılacaq.
Məsələ ondadır ki, baş nazir N.Paşinyanın Xankəndi və ətraf bölgəyə daha Ermənistandan əsgər göndərməmək öhdəliyi götürdüyü artıq təsdiqlənməyə başlayıb. Bundan sonra erməni çağırışçılar yalnız Ermənistandakı hərbi hissələrdə xidmət keçəcəklər. Bu, Araik Arutyunyan və bandasının Ermənistandan hərbi yardım ala bilməyəcəyi anlamına gəlir.
Növbəti mərhələdə Xankəndi və ətraf bölgədə olan Ermənistan ordusunun tör-töküntülərinin tərksilah edilməsi reallaşdırılacaq. Separatçılar həmin silahlı dəstələri "Dağlıq Qarabağ ordusu" kimi təqdim etməyə çalışsalar da, onların Ermənistan ordusunun qalıqları olduğu hər kəsə məlumdur. Ermənistan mətbuatı Paşinyan hakimiyyətinin həmin silahlı dəstələrin tərksilah olunmasına razılıq verdiyini iddia edir. Və bu prosesin Rusiya sülhməramlı qüvvələrinin öhdəsinə buraxıldığını bildirir.
Sonuncu mərhələdə isə növbə Araik Arutyunyan və onun cinayətkarlarına çatmış olacaq. Bəzi iddialara görə, separatçılar Xankəndi və ətraf bölgədən çıxarılacaqlar. Eyni zamanda, rəsmi Bakı, Araik Arutyunyan və onun cinayətkar dəstəsinin mühakimə olunmaları üçün Azərbaycana təhvil verilməsində israrlıdır. Və bu məsələ ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyi ehtimal olunur.
Göründüyü kimi, belə davam edərsə, Araik Arutyunyan və onun quldur dəstəsinin bölgədə "meydan sulaması" o qədər də uzun sürməyəcək. Çünki bu quldurlar öz davranışları ilə Cənubi Qafqazda sülh və sabitliyə real təhlükə törədirlər. Regionda intensiv inkişaf prosesinə əngəl yaradırlar. Ona görə də, bölgədə aranı qatan Araikin aradan çıxarılmasının vaxtı artıq çatıb...
Elçin XALİDBƏYLİ
Tarix: 12-02-2021, 07:53
Xəbəri paylaş



Xəbər lenti