Azərbaycanlı məcburi köçkünlər azad olunan ərazilərə nə vaxt qayıdacaq? - Rusiya XİN



Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib.
M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv gedir.
“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.
Tarix: 11-02-2021, 19:57
Xəbəri paylaş



Xəbər lenti