Amerikalı erməni milyonçu Kəlbəcərdə anasının xatirəsinə kənd salmışdı... - FOTOLAR


Amerikalı erməni milyonçu Kəlbəcərdə anasının xatirəsinə kənd salmışdı... - FOTOLAR
Amma həm Kəlbəcərdə, həm də Şuşada özünə villa tikdirməyi yadından çıxarıb...
 
Hələ neçə illər öncə saytımızda bəhs etdiyimiz- bir ABŞ vətəndaşı olan erməni milyonçusu Narek Arutyunyan Kəlbəcərdə Qanlıkənd, Lev çayı və Orta əsrlərə aid Lex qalası yaxınlığında, tikdirdiyi balaca kəndi qoyub getməyə məcbur olub.
 

 
Moderator.az xəbər verir ki, qəsbkar və məğlub Ermənistan saytlarının yaydığı məlumatda  İrəvan, Artaşat, Vedi və Havar şəhərlərindən olan 15 çoxuşaqlı  ailənin qanunsuz məskunlaşdığı kənd Knaravan adlandığı bildirilir. 
 
2002-ci ildə Azərbaycanın işğal altındakı ərazilərinə gələn  N.Arutyunyan bu kəndi anası Knar Arutyunyanın xatirəsinə saldırıb.  Kənddə məktəb, tibb məntəqəsi və icma binası tikdirib. Burada turistlərinin gəlib gecələməsi və ermənilərin işləməsi üçün qonaq evləri də tikdirməyi  planlaşdırıb. Lakin Azərbaycan ordusunun müzəffər savaşı nəticəsində Kəlbəcər rayonu azad olunduqdan sonra həmin ermənilər evləri yandıraraq Ermənistana dönməyə məcbur olub. 
 

 
Amerika milyonçusu N.Arutyunyan Şuşada da bir layihə həyata keçirib. Erməni uşaq və gənclər üçün “Narekatsi” incəsənət mərkəzi də tikdirib. Hər iki layihəyə birlikdə 2 milyon dollardan çox pul xərcləyib... 
 
P.S. Amma erməni milyonçusunun həm Kəlbəcərdə, həm də Şuşada özünə villa tikdirmək yadından çıxıb...
 


Tarix: 8-02-2021, 14:45
Xəbəri paylaş



Xəbər lenti