“Xankəndidə, Xocalıda və s. suverenliyimizin bərpası üçün iki əsas məsələ həll edilməlidir...”



“Xankəndidə, Xocalıda  və s.  suverenliyimizin bərpası üçün iki əsas məsələ həll edilməlidir...”
“Ermənistan bununla guya ermənilərin Qarabağda ordu saxlamaq hüququnun olmasını göstərməyə çalışır...”
 
“Xankəndi, Xocalı və Yuxarı Qarabağdakı digər ərazilərimizin taleyini çox yaxşı görürəm. Artıq müvafiq bizim suverenliyimizin həmin ərazilərdə bərpası prosesi başlayıb. İndiki mərhələdə isə qarşıda əsas iki məsələ dayanır”.
 
Bu fikri Moderator.az-a açıqlamasında Azərbaycanın 44 günlük müzəffər savaşından sonra keçmiş Dağlıq Qarabağ ərazisinin hamısında suverenliyimizin tam bərpası problemindən danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib. 
 
“Birincisi, həmin ərazilərdən “Qarabağın özünümüdafiə ordusu” adı altında yerləşmiş Ermənistan ordusu  çıxarılmalıdır. Əslində Ermənistanın bu günədəkHadrut yaxınlığında atəşkəs rejimini pozduqları,  Azərbaycanın hərbi və mülki vətəndaşlarına atəş açaraq qətlə yetirdikləri, yaraladıqları zaman Milli Ordumuz tərəfindən həbs edilmiş qəsbkar orduhərbçilərinin əsir kimi qaytarılması məsələsini qabartmasının əsas səbəblərindən biri guya ermənilərin Qarabağda ordu saxlamaq hüququnun olmasını göstərməkdir. Azərbaycan dövləti isə, təbii ki, tamamilə əks fikirdədir. Birincisi, rəsmi Bakı həmin erməni hərbçiləri əsir yox, terrorçu hesab edir.  İkincisi isə, ümumiyyətlə, Azərbaycanın hüquqi ərazisindəki bütün erməni hərbi birləşmələrinin dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edir...
 
Qarabağdakı ikinci əsas və aktual məsələ burada sovet dövründən və ya sonradan qeyri-qanuni məskunlaşmış  erməni əhali tərəfindən yaradılmış silahlı “özünümüdafiə” dəstələrinin tərksilah edilərək buraxılmasıdır. Bu iki məsələ həll edildikdən sonra Xankəndi,  Xocalı, Əsgəran, Ağdərə və s. ərazilərimizin əsl mənada Azərbaycan yurisdiksiyasına qaytarılması problemi addımbaaddım öz həllini tapacaq”- deyə sabiq baş diplomat ümidini ifadə edib.
 

Tarix: 6-02-2021, 23:13
Xəbəri paylaş



Xəbər lenti