PAŞİNYAN QONDARMA "DQR ORDUSU"NU LƏĞV EDİR - "Onun yerində milis olacaq..."



Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan qondarma “dqr ordusunu” ləğv etməyə razılaşıblar.
Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan özünün Facebook səhifəsində yazıb. Minasyan vaxtaşırı olaraq Paşinyanı və onun hakimiyyətini ifşa edən məlumatlarla çıxış edir.
“Sabah yenə “təəcüblənməyin” deyə indidən bildirirəm ki, Nikol və Vaqarşak Arutyunyan artıq öz razılıqlarını veriblər və “arxas müdafiə ordusu” tezliklə buraxılacaq. Onun yerində milis olacaq, yoxsa daxili qoşunlar və ya polis, bunlar artıq vacib deyil. Məsələ ondadır ki, Dağlıq Qarabağın qalan hissəsi daha öz təhlükəsizliyini müstəqil təmin etmək imkanında olmayacaq”,- quldur Minasyan bildirir.

Minasyan özü vəzifə səlahiyyətlərini aşma, qanunsuz sərvət toplama və digər ittihamlarla axtarışdadır.
Qeyd edək ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edib, onun silah və texnikasının böyük hissəsini sıradan çıxarıb, yaxud hərbi qənimət kimi götürüb. Hərbi əməliyyatlar dayandırılanda Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsində təxminən 10-15 minlik qruplaşma qalmışdı və onun əsasında “dqr ordusu” adlı qondarma silahlı birləşməni yenidən dirçəltmək barədə bəyanatlar səslənirdi.

Lakin sonradan bəlli oldu ki, bu mümkün olmayan məsələdir. Çünki Dağlıq Qarabağın anklava çevrilmiş qalan ərazisində yenidən “ordu” qurmaq üçün ora böyük sayda hərbi texnika və silahlar daşıyıb aparmaq lazım gələrdi. Bunu isə ancaq Laçın dəhlizi üzərindən həyata keçirmək olar. Dəhlizə Rusiya sülhməramlıları nəzarət etsə də Azərbaycan ordusu də xüsusən Şuşa ətrafında dəhlizin bilavasitə yaxınlığında mövqe tutub və yoldakı bütün hərəkəti müşahidə edə bilir.
Bu baxımdan Azərbaycan ərazilərinə Ermənistandan hərbi texnika və silahların daşınması praktiki olaraq qeyri-mümkündür. Üstəlik Ermənistan Dağlıq Qarabağdakı qruplaşmanın tərkibində xidmət etmək üçün çağırışçıları da göndərə bilmir. Nəticədə qondarma “dqr ordusunu” ləğv etməkdən başqa yol qalmır.
Tarix: 2-02-2021, 10:21
Xəbəri paylaş



Xəbər lenti