Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı


Xankəndində Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının yeri görünür...



1991-ci ildən bəri Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni xuntasının hələ də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və s. yaşayış məntəqələrimizdə faktiki fəaliyyət göstərən tör-töküntülərinin qanunsuz “qanunverici orqan”ının  qondarma “dövlət-hüquq” komissiyasının iclasında “daxili işlər nazirliyi”nin  yaradılması haqda “qanun dəyişikliyi” qəbul edib.

Moderator.az xəbər verir ki, qəsbkar Ermənistan saytlarının yaydığı məlumata görə, bu haqda “qanun layihəsi”ni  separatçı-terrorçu xuntanın “ədliyyə naziri” sayılan Karen Danielyan adlı adamabənzər məxluq təqdim edib. “Qanun dəyişikliyin”ə əsasən qondarma “polis” və “fövqəladə hallar xidməti” “daxili işlər nazirliyi”ndə birləşəcək...

P.S. Xankəndində Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının yeri görünür... 
Tarix: 23-01-2021, 08:59
Xəbəri paylaş



Xəbər lenti