“İstefa mənim üçün asan yoldu, amma bu, məsuliyyətsizlik olar” “Münaqişədən əvvəl Şuşanın 90 faiz əhalisi azərbaycanlılar olub, siz deyirsiniz ki, Şuşa ermənilərə qalmalı idi?”. AYNA “Baku” TV-yə istinadən bildirir ki, bu etirafı parlament iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan edib.
Ermənistanın Baş naziri müharibəni daha az ərazi itkisi ilə dayandırmaq imkanın olmadığını vurğulayıb: “Bu cür söhbətlər əfsanədir. Müharibəni mümkün qədər tez bitirmək üçün bir sıra addımlar atdıq. Oktyabrın 12-də Moskvada atəşkəs razılaşması imzalandı və danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinə baxmayaraq, müqavilənin şərtləri pozuldu. Üç dəfə barışıq imzalamağa çalışdıq, amma nəticəsi olmadı. Danışıqlar zamanı azərbaycanlıların Şuşaya qayıtmaması variantı müzakirə olunmayıb. Bu günə qədər baş verənlərin hamısına mən cavabdehəm. Çünki noyabrın 9-da bütün məsələlərin həllinə nail olunmadı. Proseslərin nəticələri bu günədək davam edir. İstefa mənim üçün asan yoldu, amma bu, məsuliyyətsizlik olar. Siyasi komandam və mən bütün addımlarımıza görə məsuliyyət daşıyırıq və daşıyacağıq”.
Qeyd edək ki, erməniləri qəzəbləndirən məqam Paşinyanın müharibənin dördüncü günündə qərargah rəisinin sözünə əməl etməyərək, müharibəni dayandırmaması və Rusiya prezidentinin oktyabrın 18-dəki təklifi ilə razılaşmamasıdır.
Müəllif:
Ayna.az
Tarix: 21-01-2021, 21:19