Ajdar Kurtov
Dünən Moskvada baş tutmuş 3 tərəfli görüş Rusiya mətbuatının gündəmindən düşmür. Təbii ki, Rusiya tərəfi özünün problemlərin həllində əvəzsiz rolunu sübut etmək üçün səy göstərir.
Politoloq Ajdar Kurtov Rusiya və Ermənistanın yenidən status məsləsindən təzyiq aləti kimi istifadə edib ara qarışdıracağına, bu vəziyyətdə onların qarşısında tək maneənin Türkiyə olacağına eyham vurmaqla yanaşı, bu an üçün Rusiyanın rəsmi Ankara ilə Bakının arasını vurmaqda maraqlı olduğunu da dilə gətirib. Qarabağ məsələsi hələ yaxın 5 ildə soyuq qarşıdurma kimi davam etməklə isti konfliktə də dönə bilər.
Politoloq Ajdar Kurtov “İzvestiya” qəzetinə verdiyi açıqlamada regiondakı vəziyyəti şərh edib.
Bizimyol.info onun fikirlərini təqdim edir.
Politoloqun fikrincə, fəal əməliyyatlarının yenidən başlanması təhlükəsi hələlik qalmaqdadır.
“Ona görə ki, Ermənistanda siyasi vəziyyət qeyri-stabildir. Bu, əldə edilən razılaşmalara sözsüz əməl ediləcəyini deməyə imkan vermir. Ermənistanda əldə edilən sazişdən imtina etməyə imkan verən mövqelərin üstünlük təşkil etməsi də mümkün görünür.
Qarabağın statusu məsələsi praktiki şəkildə daha sərt ortaya qoyulsa, yenidən vəziyyət kəskinləşəcək. İndilik bu mövzu ikinci planda saxlanılır. Çünki əsirlərin gələcəyi, ərazilərin minalardan təmizlənməsi və infrastrukturun yaradılması kimi məsələlər ön plana çəkilib. Bərpa işləri başa çatıb status məsələsi gündəmə gətiriləndə Ermənistan hazırda Rusiyanın nəzarəti altında olan ərazilərin Azərbaycanın tərkib hissəsi sayılmamasına cəhd edəcək. Bu problemi diplomatik yolla həll etmək mümkün olmasa, vəziyyət yenidən alovlana bilər, çünki bölgədə rəsmi Ankaranın da maraqları var. Ankara öz təsirinin regionda böyüməsində maraqlıdır.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev
Türkiyə Azərbaycana daha qətiyyətli addım atmaq üçün artıq bir dəfə dəstək verib və bunu davam etdirəcəyini də dəfələrlə bəyan edib. Gələcəkdə əməliyyatların təkrarlanması istisna deyil, bunu gözləmək lazımdır. İstənilən ehtiyatsız addımdan sülh darmadağın ola bilər. Vəziyyətin sabitliyi 2 ölkənin rəhbərinin siyasi dialoqundan asılıdır. Dialoqdan imtina edilsə, Qarabağda problem dondurulmuş münaqişə mərhələsinə keçəcək.
Ermənistan əhalisinin çoxunun 9 noyabr bəyannaməsini məğlubiyyət kimi qəbul edib barışmaması da ciddi problemdir. Ermənistanda hakimiyyətə radikal fikirli insanların gəlişinə yol vermək olmaz. Bu da qarşıdurmanı alovlandıra bilər.
İndi Yerevan və Bakı arasında açar rolunu oynayan Moskva da Ankara ilə də aktiv dialoqlar aparırı ki, qaynar ritorikalara son verilsin”.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Göründüyü kimi, Kurtovun açıqlamaları əslində Rusiyanın arzularını əks etdirir. Münaqişə sağalmadan qalsın, qeyri- müəyyənlik davam etsin, Erməistanla Azərbaycan didişdikcə Rusiyanın əli güclənsin və mümkün olduqca Türkiyə kənarda dayansın. Yeni reallıqlar isə başqa addımlar, başqa planlar tələb edir.
Tarix: 13-01-2021, 12:27