Dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndində bir əsgərimizin və 6 erməni terrorçunun həlak olduğu döyüş, dekabrın 29-da Zəngilan rayonunun Razdərə kəndində körpünün altında partlayı maddələrin (283 kq.) saxlandığı yerin aşkar edilməsi göstərir ki, ermənilər Azərbaycanın azad edilmiş rayonlarında ordumuza, əhalimizə və rusiyalı sülhməramlılara qarşı terror müharibəsinə başlamaq niyyətindədir.
Ermənistanda Azərbaycan ilə partizan müharibəsində iştirak etmək üçün könüllülərə qarşı açıq təbliğat və çağırış aparılır. Yeni müharibənin təbliğində rəsmi şəxslərdən Qarabağda erməni əhalinin yaşadığını hissəsinin "Təhlükəsizlik Şurası"nın rəhbəri Vitali Balasanyan məşğul olur. O, “prezident” Araik Arutyunyanı faktiki olaraq hakimiyyətdən uzaqlaşdıraraq öz rəhbər fəaliyyətinin məlum proqram bəyanatı ilə çıxış edir.
Ermənistanın ictimai fəallarından ən parlaq çıxış “bu dəfə Qarabağ təhlükəszlik zonasının Kür-Araz ovalığı boyunca genişlənəcəyi” (“Ermənistanın səsi”) barədə bizə "xəbərdarlıq edən" politoloq Andranik Ovannisyana məxsusdur.
Erməni teleqram-kanallarında Azərbaycanda təxribat qruplarının təşkili və fəaliyyəti ilə bağlı təlimatlar yayılır. Mətnlərdə Rusiya hərbi mənbələrindən terminlər və taktiki üsullar nəzərə çarpır.
Orada belə bir qrupun hərəkətilə bağlı beş ardıcıl videoyazını görmək olar. Videolarda görünür ki, onlar Laçın dəhlizində Rusiya sülhməramlılarının postundan keçir, sonra Şuşa şəhərinin girişində görünürlər. Həmin terrorçular daha sonra Daşaltı kəndinin yaxınlığında görünürlər. Dördüncü çarxda onlar Azərbaycanın mövqelərinə rast gəlirlər. 5-cı çarxda artıq başqa mövqedə silahlı qrup görünür. Rusiya Silahlı Qüvvələri tərəfindən Qarabağa buraxılmış erməni terrorçularının Azərbaycan Ordusunun nəzarətində olan ərazisinə daxil olmasına dair sübutlara rəsmi Rusiya məhəl qoymur ki, sanki Qarabağda yeni müharibə təhlükəsi yoxdur.
Rusiya Silahlı Qüvvələri tərəfindən Qarabağa buraxılmış erməni terrorçuların Azərbaycan ordusunun nəzarətində olan əraziyə daxil olmasına dair sübutlara rəsmi Rusiya məhəl qoymur, sanki Qarabağda yeni müharibə təhlükəsi yoxdur.
"Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət normallaşmağa meyllidir, Bakı və İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir, vəziyyəti ümumi sabitləşdirmək üçün yüksək əməkdaşlıq dərəcəsi göstərirlər.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətdə normallaşma tendensiyası var, Bakı və Yerevan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir, vəziyyətin sabitləşdirilməsi üçün yüksək səviyyədə əməkdaşlıq edirlər. Rusiya isə öz növbəsində atəşkəsin təminatçısı funksiyasını məsuliyyətlə və səmərəli şəkildə yerinə yetirməkdə davam edir. Rusiya sülhməramlılarına qarşı təxribatçı hərəkətlər hələlik qeydə alınmayıb”, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Kremldən fərqli olaraq, rusiyalı ekspertlər vəziyyəti narahatedici notlarla qiymətləndirirlər.
"Döyüşlərin nəticələrinə görə Azərbaycana keçən Qarabağyanı torpaqları onun opponentləri, əleyhdarları, düşmənləri rahat buraxmamağa çalışacaqlar. Bu sıraya təkcə Ermənistan daxil deyil, düşünmək olar ki, orada dünyanın daha nüfuzlu sahələri də mövcuddur. Ən azı, bu cür aksiyalarda məqsəd gələcəkdə geri qayıdan azərbaycanlı qaçqın və köçkünlərə başa işarə etməkdir ki, buraya qayıtmaq lazım deyil. Maksimum olaraq, bu, regionda və bütün Cənubi Qafqazda sabitliyin gələcək pozulmasıdır. Bütün bunlar şübhəsiz ki, Fransa kimi nüfuzlu bir ölkə də daxil olmaqla, Qərb üçün sərfəlidir. Onu da nəzərə almaq lazımdır ki, həmişə Qarabağ mövzusuna ciddi tərəfdar olan "Sasna Srer" tipli erməni yaraqlılar indiyədək açıq müharibə çərçivəsində özlərinə heç bir fəaliyyət tapmayıblar. Bəlkə də indi onlar üçün əsl vaxtdır. Belə qruplaşma növünü cəlb etmək çox asandır. Çünki onların nizami erməni ordusuna və ya "Arsax ordusu"na formal aidiyyəti yoxdur. Bütün bunlar isə ümumilikdə noyabrın 9 - dan 10-na keçən gecə danışıqlar zamanı yarım qalan raşılaşmaların və fikirlərin birbaşa nəticəsidir, - Qriqori Trofimçuk PressKlub üçün bildirib.
"Onlar Ermənistan və Azərbaycan qoşunları arasında atəşkəsin pozulmasına və yeni qarşıdurmaya nail olurlar. Bundan əlavə, bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali, ilk növbədə, terror fəaliyyətində böyük təcrübəsi olan Daşnaksütyun Partiyasından olan ultramillətçilər ilə bağlıdır.
Belə birləşmələrin yatırılması çox vacib vəzifədir. Düşünürəm ki, Azərbaycan, Ermənistan və Rusiya sülhməramlılarının iştirakı ilə üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır", - rusiyalı politoloq Sergey Markov Facebook-da çağırış edib.
Azərbaycan rəhbərliyində erməni terrorçulara qarşı rəsmi bəyanat olmayıb.Turan
Tarix: 31-12-2020, 10:29